ATƏT-in fəaliyyəti münaqişələrin həllində önəmli çəkiyə malik deyil

Daha bir ili başa vurmaq ərəfəsindəyik. 2016-cı il Azərbaycan üçün bir sıra müsbət və bəzi mənfi məqamları ilə yadda qaldı. Cari il ərzində əldə etdiyimiz ən ciddi uğur və nailiyyət isə aprel döyüşləri oldu. Belə ki, 2-5 aprel tarixlərində erməni təxribatına qarşı cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illər erməni işğalı altında olan bir sıra strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Azərbaycan tərəfdən indiyə qədər almadığı bir zərbə alan işğalçı ölkə atəşkəs xahişi edərək yenidən manevrlər etməyə başladı. Və beləliklə 2016-cı il başa çatmaq üzrə olsa da, bu il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir irəliləyiş əldə edilmədi. Elə ekspertlər də bu qənaətdədirlər.

Daha bir ili başa vurmaq ərəfəsindəyik. 2016-cı il Azərbaycan üçün bir sıra müsbət və bəzi mənfi məqamları ilə yadda qaldı. Cari il ərzində əldə etdiyimiz ən ciddi uğur və nailiyyət isə aprel döyüşləri oldu. Belə ki, 2-5 aprel tarixlərində erməni təxribatına qarşı cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində uzun illər erməni işğalı altında olan bir sıra strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad edildi. Azərbaycan tərəfdən indiyə qədər almadığı bir zərbə alan işğalçı ölkə atəşkəs xahişi edərək yenidən manevrlər etməyə başladı. Və beləliklə 2016-cı il başa çatmaq üzrə olsa da, bu il də Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi bir irəliləyiş əldə edilmədi. Elə ekspertlər də bu qənaətdədirlər.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də deyib ki, 2016-ci il, ATƏT-in Minsk qrupunun fəaliyyətində heç bir nəzərə çarpan irəliləyiş olmadı. O, bildirib ki, Minsk qrupu, ATƏT-in Hamburqda keçirilən xarici işlər nazirlərinin görüşündə ziddiyyətli bəyanat verməsi, 2+3 formatında danışıqların baş tutmaması, həmçinin Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünü təşkil edə bilməməsi, bu qrumun münaqişənin həllində heç bir təsirə malik olmadığının göstəricisi kimi yadda qaldı: "Həmçinin bu il, Birləşmiş Ştatlar və Fransa həmsədrlərinin vasitəçilik missiyası başa çatır. Bu il həmsədrlər öz fəaliyyətləri dövründə münaqişə ətrafında yalnız quru bəyanatlarla kifayətlənmiş oldular. Yalnız, Birləşmiş Ştatlar həmsədri C.Urolikin fəaliyyəti Twitterdə nəzərə çarpırdı. Amma, Fransa və Rusiya həmsədrləri haqqında bunu demək olmaz". Məhəmməd Əsədullazadə qeyd edib ki, Fransa və Birləşmiş Ştatların yeni təyin olunan həmsədrlərindən münaqişənin həlli istiqamətində mühüm töhfə verəcəyini gözləməyə dəyməz. Onun sözlərinə görə, artıq, münaqişə ətrafında söz sahibi Rusiya görünür: "Birləşmiş Ştatların yeni formalaşcaq administrasiyası, Cənubi Qafqazda Obama administrasiyasının passiv siyasətini davam etdirməyəcəyi mesajlarını verir. Amerikanın yeni həmsədri sələfindən fərqli olaraq münaqişənin nizamlanmasında Vaşinqtonun səylərini artırmalıdır". Təşkilat sədri onu da bildirib ki, növbəti ildə ATƏT sədrliyini Avstriyaya təhvil verən Almaniya da quruma sədrliyi dövründə münaqişə ətrafında heç bir irəliləyişə nail ola bilmədi: "Halbuki, Almaniyanın sədrliyi dövründə aprel müharibəsi baş verdi. Görünür, ATƏT-in fəaliyyəti münaqişələrin həllində önəmli çəkiyə malik deyil. Növbəti ildə Avstriyanın ATƏT-ə sədrliyinin də Qarabağ münaqişəsinin nizamlanmasında heç bir rolu olmayacaq. Fransa və ABŞ yeni həmsədrləri regiona səfəri, aparacağı danışıqlar da yenidən etimad mühütünün formalaşmasına həsr ediləcək. Hazırda Ermənistan-Azərbaycan arasında müharibə ehtimalı üst səviyyədədir. Ermənistan heç bir danışıqlara getmir. Növbəti ilin iki-üç aylarında yeni həmsədrlər prezidentlərin görüşünü təşkil etməyə çalışacaqlar. Bu görüşü təşkil etməkdə məqsədləri isə, yenidən Aprel sindiromunun yaşanmamasına hesablacaq".

Müstəqil ekspert Rovşən Məmmədli isə hesab edir ki, uzun illər Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir uğura nail olmayan ATƏT-in Minsk qrupundan imtina edilsə, daha yaxşı olar: "Azrbaycan 20 il bundan öncə imtina etməli olduğu Minsk qrupu üzrə həmsədrlərdən əgər imtina etsəydi bu gün onlar da erməni maraqlarına xidmət edən fikirlər, bəyanatlar səsləndirməzdilər: "Minsk qrupu formatı Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək üçün ermənilərin istəyi ilə yaradılmış bir qurumdur..Biz də Qarabağ problemini öz Konstitusiyamıza və beynəlxalq hüquq normalarına uyğun həll etmək əvəzinə, 23 ildir Minsk qrupunun dalınca düşmüşük. Bu illər ərzində də heç nəyə nail ola bilməmişik. Əksinə Qarabağdan bir az da uzaq düşmüşük. Bir milyon qaçqın 23 ildir vətən həsrəti ilə yaşayır. Ziyanın yarısından qayıdıb bu ermənipərəst Minsk qrupundan, onun Qarabağ məsələsi üzrə həmsədr dövlətlərindən imtina etməli, dərhal beynəlxalq hüquq normalarına uyğun problemin həllini BMT-dən tələb etməliyik. Ermənistanın qeyd-şərtsiz öz qoşunlarını suveren ölkə olan Azərbaycanın ərazilərindən çıxarılmasını gündəmə gətirilməlidir". Ekspert deyir ki, XXI əsrdə Avropada bir işğalçı ölkənin qoşunlarının heç bir əsasları olmadan, yalnız işğalçılıq niyyəti ilə başqa bir ölkənin ərazilərini işğal etməsi utancverici haldır: "Ancaq görünür çoxüzlü Avropada utanmaq hissi yoxdur".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31