Gündəm

Xarici tələbələr AzTU-da

16 Dekabr 2016 15:03

Sənaye Mühəndisliyi və Menecment üzrə Avropa Tələbələri Birliyinin (ESTIEM - European Students of Industrial Engineering and Management) təşkilatçılığı ilə bir qrup xarici tələbə Azərbaycan Texniki Universitetində (AzTU) olub. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun rektor əvəzi Xalıq Yahudov tələbələrlə görüşündə rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib.

Deputat avtodayanacaqlardakı qiymətlərdən şikayətləndi

16 Dekabr 2016 15:02

“Son vaxtlar dövlət tərəfindən avtomobillər üçün çoxlu sayda yeraltı qarajlar tikilir. Təkcə Bakının mərkəzində Azadlıq meydanında Qış bulvarında, müxtəlif otellərin zirzəmisində avtomobillərin saxlanması üçün kifayət qədər yer var. Amma yeraltı avtodayanacaqların qiyməti yüksəkdir”.

Azərbaycanın daha bir uğurlu təbliğatı

16 Dekabr 2016 15:00

Azərbaycandan kənarda yaşayan soydaşlarımızın həmin ölkələrdə apardıqları uğurlu iş, təbliğatın nəticəsidir ki, artıq dünyanın bir çox dövlətində ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ problemi, ərazi bütövlüyümüzün pozulması və torpaqlarımızın işğala məruz qalması barədə tam məlumat formalaşır.

Sülh platforması hansı missiyanı yerinə yetirəcək?

16 Dekabr 2016 14:59

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev yeni yaradılan “Ermənistan-Azərbaycan Sülh Platforması”nın fəaliyyət proqramını açıqlayıb. A.Quliyev jurnalistlərə açıqlamasında “Ermənistan-Azərbaycan Sülh Platforması”nın aprel döyüşlərindən sonra yaranan yeni vəziyyətə uyğun olduğunu söyləyib: “Təmas xəttində baş vermiş aprel döyüşləri Ermənistan-Azərbaycan münaqişəsində yeni reallıqlar yaratdı və faktiki olaraq iki istiqamətdə status-kvonu dəyişdi.

Türklər ən çox bunları axtarır

16 Dekabr 2016 14:47

Google 2016 – cı ildə Türkiyədə  istifadəçilər  tərəfindən ən çox axtarılanları sözlükləri təqdim edib.

Həbsdə olan əmlakın satılması qaydası dəyişdirilib

16 Dekabr 2016 14:45

"İcra haqqında" qanuna təklif edilən dəyişiklər parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib."Olaylar”ın verdiyi xəbərə görə, dəyişikliyə əsasən, Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakın satılması qaydasına dəyişiklik edilir və hərrac yolu ilə satılacaq əmlakın yuxarı dəyəri 10 dəfə artırılıb.

Nağd hesablaşmaları məhdudlaşdırılır

16 Dekabr 2016 14:43

"Nağdsız hesablaşmalar haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq edilib. “Olaylar” xəbər verir ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləğləri 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada keçiriləcək.

Hesablama Palatasının səlahiyyətləri artırıldı

16 Dekabr 2016 14:40

Azərbaycan Hesablama Palatasına dövlət və icmal büdcələrinə nəzarət ilə bağlı yeni səlahiyyət verilib.”Olaylar” xəbər verir ki, Milli Məclisin iclasında "Büdcə sistemi haqqında" qanunun bəzi maddələrinə əlavə və dəyişikliklər müzakirə edilib.

2017-ci ilin dövlət büdcəsi təsdiq edildi

16 Dekabr 2016 14:34

“2017-ci il dövlət büdcəsi haqqında” qanun layhəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında səsə qoyularaq təsdiqlənib. Maliyyə naziri Samir Şərifov məlumat verib ki, 2017-ci il dövlət büdcəsinin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin layihəsinin MM-də müzakirəsi zamanı irəli sürülən təkliflər təhlil edilib və makroiqtisadi sabitliyin qorunması nəzərə alınmaqla bəzi tədbirlər üzrə xərclərin artırılması nəzərdən keçirilib: "Bəzi məsələlərin həlli üçün maliyyə təminatı öz həllini tapıb. Mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə əlavə 3 mln. manatın ayrılması nəzərdə tutulur.

Müəllim və valideynlər qəbul edilib

16 Dekabr 2016 14:24

Dekabrın 16-da Bakıdakı 318 nömrəli tam orta məktəbdə Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Qəbula gələn vətəndaşlar işə qəbul, dərs saatının artırılması, ixtisasartırma kurslarına cəlb olunma və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Bir sıra müraciətlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.

Əbülfəs Qarayev vətəndaşları qəbul edib

16 Dekabr 2016 14:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 2013-cü ildən etibarən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin hər ay şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, dekabrın 16-da nazir Sabirabad rayonundakı Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Sabirabad, Hacıqabul, İmişli, Saatlı və Füzuli rayonlarından vətəndaşları qəbul edib. Görüşdən öncə Əbülfəs Qarayev rayon İcra Hakimiyyətinin binası qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazir sonra Heydər Əliyev Mərkəzin ekspozisiyası ilə tanış olub.

Avtomobillərin parklanma müddəti məhdudlaşdırılır

16 Dekabr 2016 14:19

Azərbaycanda avtomobillərin parklanması ilə bağlı yeni qayda tətbiq ediləcək.

“Əlil” adından qanunsuz istifadə edənlər cəzalandırılacaq

16 Dekabr 2016 14:10

Avtomobilin idarəsi zamanı “əlil” adından qanunsuz istifadə edənlər cəzalandırılacaq. “Olaylar” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

Vergilər Məcəlləsinə dəyişikliklər təsdiq edilib

16 Dekabr 2016 14:08

Azərbaycanda Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiq olunub.

Millət vəkili: “Estakadalarda tez-tez qəzaların baş verməsi təxribat ola bilər”

16 Dekabr 2016 14:07

Milli Məclisin dekabrın 16-da keçirilən iclasında Xəzər dənizində baş verən hadisədə 10 neftçinin itkin düşməsi məsələsi qaldırılıb.