Gündəm

Dövlət Komitəsi İran şirkətinin Şuşada məscid bərpa etməsinə münasibət bildirib

16 Dekabr 2016 15:44

"Ermənistanın Şuşadakı tarixi Azərbaycan məscidini bərpa etmək istəyi işğal etdiyi ərazilərdə mədəni-dini abidələrimizə qarşı həyata keçirdiyi vandalizm siyasətini ört-basdır etmək cəhdidir".

Donald Trampın Bakıdakı layihəsindən əldə etdiyi vəsaitin həcmi açıqlanıb

16 Dekabr 2016 15:41

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ötən gün mətbuat konfransı keçirərək biznesindən imtina etməsini elan edəcəkdi. "APA-Economics" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ötən gün yeni prezident mətbuat konfransını yanvaradək təxirə salıb.

Ruhani Rusiyaya səfər edəcək

16 Dekabr 2016 15:36

İran prezidenti Həsən Ruhaninin Rusiyaya səfəri 2017-ci ilin yanvarında baş tuta bilər. Məlumata görə, səfərin dəqiq tarixi yaxın günlərdə müəyyən olunacaq. Dekabr ayında isə İranın xarici işlər nazirinin Moskvaya səfəri planlaşdırılır. Məhz bu səfər çərçivəsində İran prezidentinin səfərinin detalları müzakirə olunacaq. Trend.az

Trampın dosyesi çex KQB-sinin arxivindən çıxdı: O, hələ 20 il bundan öncə...

16 Dekabr 2016 15:35

ABŞ-da prezident seçilmiş Donald Tramp hələ 1970-ci illərdə kommunist Çexoslovakiyasının Státní bezpečnost və ya "dövlət təhlükəsizliyi" tərəfindən izlənirmiş. Bu barədə "The Guardian" yazır. Milli.Az bbc-yə istinadən xəbər verir ki, buna səbəb amerikalı milyonçunun çexoslovakiyalı İvana ilə evliliyi olub. Sovet DTK-sı kimi Çexoslovakiya təhlükəsizlik orqanları da dövlətə hər hansı təhlükə yarada biləcək hadisələri izləyirdi.

Gələn  ilin  İş vaxtı norması və İstehsalat təqvimi təsdiqləndi

16 Dekabr 2016 15:32

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2016-cı il tarixli 10 nömrəli qərarı ilə 2017-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Növbəti ildə mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə işçilərin iş vaxtı normasının düzgün hesablanması və tətbiq edilməsi işləri həmin İş vaxtı norması və İstehsalat təqviminə əsasən yerinə yetirilməlidir.

QHT-lər gənclərin vətənpərvər ruhda tərbiyəsində aktiv rol oynayır

16 Dekabr 2016 15:30

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində qeyri-hökumət təşkilatları da üzərilərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Məhz bu kimi tədbirlərin nəticəsidir ki, getdikcə vətənpərvər gənclərin sayı artır. Belə tədbirlərədən biri Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının və Anadolu Universiteti “Azərbaycan Proqramları”nın birgə təşkilatçılığı ilə baş tutub.

Yeni Ağ Ev Administrasiyası Azərbaycanla əlaqələrə üstünlük verəcək

16 Dekabr 2016 15:28

Tarixən davam edən yeraltı sərvətlər və sahib olmaq uğrunda mübarizə günümüzdə də davam edir. Bu gün də bəzi hallarda bu mübarizə heç də tam rəqabətlə müşahidə edilmir. Bir çox hallarda böyük güclər nisbətən kiçik dövlətlərin malik olduqları yeraltı və yerüstü sərvətləri elə güc yolu ilə ələ keçirmək istəyirlər. Günümüzdə Suriya, İraq, ümumilikdə Yaxın Şərqdə baş verənlər bunun əyani sübutudur. Təbii ki, Azərbaycan da müəyyən mənada bu proseslərdən kənarda deyil və ölkəmizin malik olduğu enerji resurslarına göz dikənlər həddən artıqdır.

“Milyonlarla vəsaiti olanlar var ki, evinə 5 tibb işçisi gətizdirib xəstələrinə xidmət etdirir”

16 Dekabr 2016 15:27

Milli Məclisin dekabrın 16-da keçirilən iclasında Vergilər Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsi müzakirəyı çıxarılıb. Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergilər Məcəlləsinə dəyişiklik ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutur. Onun sözlərinə görə, Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur: "Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir".

Rusiya ABŞ-dakı seçkilərə müdaxilə etdiyi barədə ittihamlara cavab verib

16 Dekabr 2016 15:22

"ABŞ Rusiyanı bu ölkədə baş verən seçkilərə müdaxilədə günahlandıraraq qeyri-etik hərəkət edir".

Ardadan TÜKÜRPƏDİCİ AÇIQLAMA: "Mənə bir şey olsa..."

16 Dekabr 2016 15:19

"Barselona"nın türk futbolçusu Arda Turan ölkəsinin mətbuatına maraqlı müsahibəsi ilə diqqət mərkəzinə düşüb. Müsahibə zamanı Arda Türkiyədəki terror hücumları haqqında xüsusi ilə danışmaq istəyib.

Almaniyada terror planlaşdıran 12 yaşlı uşaq saxlanılıb

16 Dekabr 2016 15:18

Almaniyada terror törətməyi planlamaqda şübhəli bilinən 12 yaşlı oğlan saxlanılıb. İraq əsilli azyaşlı Lüdviqshafen şəhərində saxlanılıb. Polisin yaydığı məlumata görə, uşaq şəhərdəki milad yarmarkasında partlayış törətməyi planlaşdırıb. Bildirilir ki, bomba səhv quraşdırıldığına görə partlamayıb və uşaq onu çantasına qoyaraq kolluqda gizlədib. Hazırda onun uşaq evinə verildiyi və barəsində cinayət işi başladılacağı deyilir. Qafqazinfo.az

Heydər Əliyev-“Müasir Azərbaycan” əsərinin müəllifi

16 Dekabr 2016 15:15

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, ictimai-siyasi xadim Heydər Əliyev öz xalqına, millətinə, dövlətinə bütün varlığı ilə bağlı olan və dünya liderlərinə nümunə olacaq tarixi şəxsiyyətlər içərisində həyatı və geniş fəaliyyəti öyrənilməsi və təbliğ olunması vacib olan dövlət başçısıdır.Yeni bir möhtəşəm və əsrarəngiz bir əsərin- “Müasir Azərbaycan” əsərinin müəllifidir.Rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində qısa zaman kəsiyində ölkənin iqtisadi və siyasi baxımdan tərəqqisi və inkişafı üçün yorulmaq bilmədən çalışması, dünyanın müxtəlif ölkələrinin dövlət başçıları tərəfindən bu humanist addımların rəğbətlə qarşılanması uğurlu daxili və xarici siyasətin əsas konsepsiyası kimi xarakterizə olunmalıdır.Mənsub olduğu xalqın zəngin adət-ənənəsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, tarixi haqqında geniş biliklərə malik olması ümummilli lider Heydər Əliyevin Azərbaycana bütün varlığı ilə bağlı olduğunu göstərən növbəti faktor kimi diqqəti cəlb edir.

Heydər Əliyev-Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin hamisi

16 Dekabr 2016 15:13

Dünyanın müxtəlif ölkələrində yaşayan və bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər, xüsusilə də yazarların böyük bir qisminin dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunması, ədəbiyyata göstərilən qayğı kimi qəbul olunur.Hətta bəzən dövlət başçılarının özləri belə bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar. Məsələn, Osmanlı dövlətinin başçısı Sultan Süleyman Qanuni dövləti idarə etməklə yanaşı, həm də vaxt və imkan daxilində könül duyğularını varağa köçürməyə də müəssər olmuşdu.Bəzi dövlət başçıları isə rəhbərlik etdiyi ölkədə bədii yaradıcılıq fəaliyyət ilə məşğul olan şəxslərə-yazarlara diqqət və qayğı göstərməkdən məmnunluq hissi duyur.Mədəniyyət və incəsənət xadimlərinin fəxri adlara və təqaüdlərə layiq görülməsi dövlət tərəfindən uğurla gerçəkləşdirilən daxili siyasətin tərkib hissəsidir.

TQDK-nın sınaq imtahanları bahalaşdı

16 Dekabr 2016 15:07

Bu ilin sonunda keçirilən IX sinif şagirdləri üçün təşkil olunan sınaq imtahanının qiyməti 7 manat təyin olunub.

“Heydər Əliyev və Müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılacaq

16 Dekabr 2016 15:06

Dünya Türk Gənclər Birliyi və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birliyi jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsinə yekun vurub. “OLAYLAR”-ın xəbərinə görə, sözügedən təşkilatın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə elan etdiyi müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi dekabrın 23-də baş tutacaq.