Gündəm
Netanyahu Azərbaycanda: perspektivli əməkdaşlıq və narahat olan dairələr
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana ikinci səfəri geniş rezonans doğurub. Bunu iki istiqamətdə müşahidə etdik. Birincisi, ölkələr arasında əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlir. İqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı xüsusi komissiya yaradılır.
Türkiyə Suriyanın şimalında 2 düşərgə yaratdı
Türkiyə Suriyanın şimalında Hələbdən olan qaçqınlar üçün 80 min nəfərlik 2 düşərgə yaradıb. Bu barədə Türkiyənin "Haber 7" qəzetinə istinadən məlumat verir. Məlumata görə, qaçqınlar hazırda Hələbdən Suriyanın şimal-qərbinə - İdlibə doğru hərəkət edirlər.
Prezident: “Moskvada Azərbaycanın ticarət nümayəndəliyi açılacaq”
Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dmitri Roqozin: “Moskva və Bakı bəzi mübahisəli məsələləri həll edib”
“Rəsmi Moskva ilə Bakı iki tərəf arasında əvvəllər mübahisə yaradan bir sıra məsələləri həll edib”.
Mübariz Qurbanlı: "Azərbaycanda radikal qrupların kök salmasına imkan verməməliyik"
"Azərbaycan sakitlik adasıdır. Çünki həm Azərbaycan əhalisinin mental xüsusiyyətləri, həm də dövlətin atdığı qabaqlayıcı addımlar radikal dini qrupların fəaliyyətinə imkan vermir".
“ASAN Viza” yanvarın 10-da istifadəyə veriləcək
“ASAN Viza” portalı 2017-ci il yanvarın 10-dan tam istifadəyə veriləcək. Bu barədə “ASAN Viza” portalının təqdimat mərasimində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov məlumat verib. O bildirib ki, "ASAN Viza" vasitəsilə əcnəbilər evlərindən çıxmadan, növbə gözləmədən, sənədlər toplamadan onlayn şəkildə müraciət edərək viza ala biləcəklər.
SOCAR: Küləyin uçurduğu köşk tapılıb
Dekabrın 15-də güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.
Amerika Sionist Təşkilatının rəhbəri: Azərbaycan ABŞ və İsrailin vacib müttəfiqidir
Azərbaycan ABŞ və İsrailin vacib müttəfiqidir. Azərbaycanın ABŞ-dakı səfirliyinin "Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransı (AƏYTPK)" ilə birgə bu ölkənin yeni seçilmiş prezidenti Donald Trampa məxsus oteldə keçirdiyi Hanukkah bayramı ilə bağlı tədbiri boykot edən yəhudi təşkilatlarının fəaliyyəti Azərbaycan, ABŞ və İsrail arasındakı münasibətlərə xələl gətirə bilər.
Brenda Şaffer: Azərbaycan Fələstin və İsrail arasında "körpü" ola bilər
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri nəyisə tamamilə dəyişməyəcək, çünki onsuz da iki ölkənin münasibətləri kifayət qədər yüksək səviyyədədir.
Azərbaycan mənafeyinə uyğun olan istənilən dövlətlə münasibətlərini inkişaf etdirib
İsrail dövəti müstəqilliyimizin ilk günlərindən bu günə kimi Azərbaycana qarşı isti münasibətlər göstərib. Münasibətlərimizin cəmiyyətə açıq və açıq olmayan tərəfləri mvcuddur. Hər iki hal tərəfləri bu günə qədər qane edib. 20 ildə Yaxın Şərq regionunda söz sahibi olan, dünya siyasətçiləri tərəfindən ciddi və nüfuzlu siyasətçi kimi qəbul edilən Netanyahunun Bakıya səfərini uğurlu hesab edirəm. Hesab edirəm ki, tərəflərin müzakirə edib razılaşdığı bir çox vacib məsələlər mövcuddur
Bakı 2017 Könüllülük Proqramına qeydiyyat bitdi
Ölkəmizdə keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları çərçivəsində fəaliyyət göstərən Bakı 2017 Könüllülük Proqramına qeydiyyat artıq başa çatdı. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Bakı 2017 Könüllülük Proqramına qeydiyyatın start verildiyi tarixdən, iki aydan az bir müddətin keçməsinə baxmayaraq 12500 namizəd İslam Həmrəliyi Oyunlarında könüllü olaraq fəaliyyət göstərmək üçün bu proqrama müraciət etdi. Könüllü olmaq üçün yeganə kriteriya namizədlərin yaşının 1 May 2017 tarixinədək 16 olması idi. Könüllü olmaq istəyən gənclərlə müsahibələr zamanı onlara əsasən verilən suallar keçmiş könüllülük təcrübələri, maraq dairələri, dil bilikləri, gələcəklə bağlı planları, Oyunlardan gözləntiləri, komandada işləmək bacarığı və digər istiqamətlərdə olub.
Millət vəkilindən orjinal təklif
Millət vəkili, YAP icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisin plenar iclasında orjinal təkliflə çıxış edib. Deputat təklif edib ki, ehtiyatda olan generallar cəbhə bölgələrdəki rayonların İcra Hakimiyyətlərinin başçısı təyin edilsin. “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən S. Novruzovun belə təcrübənin yaşandığını bildirib: “Vaxtı ilə Heydər Əliyev ehtiyatda olan generalları icra başçısı təyin edirdi. Məhz cəbhə bölgəsinə və yaxud müharibə gedən rayonlarda belə təyinatlar olurdu. İndi də bizim ehtiyatda olan, dövlətinə sadiq xeyli generalımız var. Bu praktikanı yenidən tətbiq etməliyik”.
Fəzail Ağamalı: “Ermənistana qarşı müharibə elan edib torpaqlarımızı işğaldan azad etməliyik”
“Biz gücümüzü ölkə başçısı ətrafında səfərbər edərək, Ermənistana qarşı müharibə elan edib torpaqlarımızı işğaldan azad etməliyik”. “Olaylar” xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisdə çıxışı zamanı deyib.
Milli Məclis hərbi vəziyyətin elan edilməsi ilə bağlı məsələyə baxıb
Milli Məclisin dekabrın 16-da keçirilən iclasında “Hərbi vəziyyət haqqında” qanun layihəsinin müzakirəsi aparılıb.
Saxta yumurtalar artıq Azərbaycanda - VİDEO
Azərbaycanda saxta yumurta satılması ilə əlaqədar faktlar üzə çıxıb. İstehlakçıların təqdim etdiyi videodan göründüyü kimi, onun "KİVİ" marketdən aldığı yumurtanın sarısı təbii halda olduğundan xeyli fərqlənir. Çindən gətirildiyi ehtimal edilən bu sayaq yumurtaların kimyəvi maddələrdən istifadə etməklə istehsal olunduğu bildirilir. Bu kimyəvi məhsulun hazırlanması üçün toyuq saxlamağa, onu böyüdüb-artırmağa artıq ehtiyac qalmır. Mütəxəssislərin rəyinə görə, yumurtanın qabığının hazırlanmasında kalsium-korbonatdan istifadə olunur. Saxta yumurtanın içi isə jelatin, boyayıcı və digər maddələri qarışdırmaqla hazırlanır.














