Azərbaycan mənafeyinə uyğun olan istənilən dövlətlə münasibətlərini inkişaf etdirib
İsrail dövəti müstəqilliyimizin ilk günlərindən bu günə kimi Azərbaycana qarşı isti münasibətlər göstərib. Münasibətlərimizin cəmiyyətə açıq və açıq olmayan tərəfləri mvcuddur. Hər iki hal tərəfləri bu günə qədər qane edib. 20 ildə Yaxın Şərq regionunda söz sahibi olan, dünya siyasətçiləri tərəfindən ciddi və nüfuzlu siyasətçi kimi qəbul edilən Netanyahunun Bakıya səfərini uğurlu hesab edirəm. Hesab edirəm ki, tərəflərin müzakirə edib razılaşdığı bir çox vacib məsələlər mövcuddur
16 Dekabr 2016 16:04 MüsahibəElşən Mustafayev: "Eyni zamanda bu addıımları ilə müsəlman dünyasına hər hansı xələl gətirən addımlar da atmayıb"
"Ona görə də kimsə Azərbaycanı İsraillə normal münasibətlərinin olmasına görə qınaya bilməz"
İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri və bu səfərin rəsmi Bakı üçün verəcəyi dividentlər barədə AMİP-in beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayevin "OLAYLAR"-a müsahibəsi
-Elşən bəy, bu günlərdə İsrail baş naziri Azərbaycana səfər etdi. Səfərin nəticələrini, eləcə də onun əhəmiyyətini necə dəyərləndirərdiniz?
-İsrail dövəti müstəqilliyimizin ilk günlərindən bu günə kimi Azərbaycana qarşı isti münasibətlər göstərib. Münasibətlərimizin cəmiyyətə açıq və açıq olmayan tərəfləri mvcuddur. Hər iki hal tərəfləri bu günə qədər qane edib. 20 ildə Yaxın Şərq regionunda söz sahibi olan, dünya siyasətçiləri tərəfindən ciddi və nüfuzlu siyasətçi kimi qəbul edilən Netanyahunun Bakıya səfərini uğurlu hesab edirəm. Hesab edirəm ki, tərəflərin müzakirə edib razılaşdığı bir çox vacib məsələlər mövcuddur
-Ancaq Netanyahunun Bakı səfəri heç də birmənalı qarşılanmadı və buna görə Azərbaycan bəzi ölkələr tərəfindən müsəlman təssübkeşliyini qorumamağa görə tənqid edildi. Sizcə, Azərbaycanı belə bir məsələ ilə bağlı ittiham etmək nə dərəcədə məntiqlidir?
-Bu səfərə İran tərəfindən verilən reaksiya öncədən də gözlənilən idi. Ümumiyyətlə, İsrail- Azərbaycan münasibətlərinin istənilən mərhələsində bu şəkildə reaksiyalar olub. Bu artıq bir növ növbətçi bəyanatlar halını alıb. İran yaxşı bilir ki , Azərbaycan mənafeyinə uyğun olan istənilən dövlətlə münasibətlərini inkişaf etdirib. Eyni zamanda bu addıımları ilə müsəlman dünyasına hər hansı xələl gətirən addımlar da atmayıb. Əksinə müxtəlif zamanlarda islam dünyasının birliyinə xidmət edən fəaliyyətdə olub .Ona görə də kimsə Azərbaycanı İsraillə normal münasibətlərinin olmasına görə qınaya bilməz. Mən bildiyim qədər əsasən belə kəskin münasibətlər yalnız İran siyasətçiləri tərəfindən olunub. Amma Ermənistanla hərtərəfli isti münasibətlərinə görə biz onların üstünə getməmisik, müsəlman təəsübkeşliyini yadlarına salmamaşıq. Buna haqqımız olduğu halda İranla yaxşı münasibətlərdə olmağa çalışhmışıq .
-Eyni zamanda Ermənistanda İsrail baş nazirinin səfərinən təşvişə düşüb. Sizcə bu təşviş nə ilə bağlıdır?
-Ermənistanın bu məsələyə münasibəti isə yeni adlandırıla bilər. Doğrudur Ermənistan heç zaman İsraili sevməyib.Dağlıq Qarabağ və qondarma soyqrım məsələsində fərqli mövqe onları həmişə narazı salıb. Amma açıq şəkildə neqativ münasibətlər bildirilməyib. Aprel döyüşlərindən sonra Azərbaycanın bir çox müasir silahlarını İsraildən alması faktı məlum olduqdan sonra İsrailə qarşı Ermənistanın ittihamları açıq şəkil aldı. Azərbaycan hərbi sahədə , xüsusilə müasir silahların əldə olunması yolunda İsraillə əməkdaşlığının inkişafı perspektivləri Ermənistanı ciddi narahat edib.
-Ümumiyyətlə, İsrailə əlaqələri inkişaf etdirmək Azərbaycana hansı dividentlər qazandıra bilər?
-Dövlətlər arasında yaxşı münasibətlərin olması artıq divident hesab olunur. Nəzərə alsaq ki, dünyada yəhudi lobbisi kifayət qədər rıçaqlarına malikdir və İsrail dövlətinin onlara təsir imlanları genişdir , o zaman bu əmədaşlığın gələcəkdə hansı dividentlər verəcəyini təxmin etmək çətin deyil. Eyni zamanda bu əməkdaşlıqdan İsrail də dividentlər götürə bilər. Məsələ tək siyasi və hərbi sahələrdəki işlərlə məhdudlaşmır. İsrail dövləti özünün iqtisadi maraqlarını , xüsusilə enerji daşıyıcıları sahəsindəki planlarını Azərbaycanın vasitəsilə reallaşdıra bilər. Həmçinin Azərbaycan Yaxın Şərq problemində situasiyadan asılı olaraq bəzi məsələlərdə vasitəçilik missiyasını da həyata keçirə bilər.
Süleyman