Gündəm

Avtomobil oğrusu ələ keçib

16 Dekabr 2016 17:36

Avtomobil qaçıran şəxs 4 aidan sonra yaxalanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 31-də və avqustun 6-da Bakı şəhər sakinləri Rövşən Ələkbərova məxsus "VAZ-21011" və Vaqif Cavadova məxsus "VAZ-2107" markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini Eltun Zeyniyev tutulub. Faktla bağlı araşdırma aparılır. 

Bərdə sakinindən narkotik vasitə götürülüb

16 Dekabr 2016 17:34

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Gərənə kəndi ərazisində yaşayan İlyas Gözəlovdan 9,15 qram marixuana götürülüb. DİN-dən verilən məlumata görə, onun evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 50 qram marixuana aşkar edilərək götürülüb. 

Qanunsuz valyuta satışı ilə məşğul olan tutulub

16 Dekabr 2016 17:33

Dekabrın 15-də paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Vüqar Qurbanov qanunsuz olaraq 700 ABŞ dolları pulu 1281 manata dəyişərkən Nizami RPİ əməkdaşları tərəfindən saxlanılmışdır. DİN-dən verilən məlumata görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Qanunsuz ov edən cərimələnib

16 Dekabr 2016 17:32

Qanunsuz ovçuluqla məşğul olan Füzuli rayon sakini saxlanıb. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində qanunsuz ov etdiyi üçün rayon sakini Rauf Xudiyevdən "Baykal" markalı ov tüfəngi və çöl quşu götürülüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Partlayıcı oyuncaq satanlar saxlanıb

16 Dekabr 2016 17:30

Bakıda partlayıcı oyuncaqların səyyar satışı ilə məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumatta görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən ticarət mərkəzlərindən birində səyyari ticarətlə məşğul olan Salman Qasımov və Azər Hacıyevdən ümumilikdə 15700 ədəd yüksəsk səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Elmira Axundova: “Çətin maliyyə dövründə bu qədər vəsaitin xərclənməsinə ehtiyac varmı?”

16 Dekabr 2016 17:29

Milli Məclisin deputat Elmira Axundova avtomobillərin parklanma məsələsinin Bakı şəhərinin nəqliyyat sistemində ciddi problem olaraq qaldığını vurğulayıb.

Trampın zəngin komandası

16 Dekabr 2016 17:28

Dünya tarixinin ən zəngin hökumət üzvləri Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komdasındadı. Trampın komandasının 20 milyard dollar olacağı açıqlanıb.

Bilik Fondu hərbi hissədə

16 Dekabr 2016 17:23

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü və təşkilatçılığı ilə 10 Azərbaycan nağılı ingilis dilinə tərcümə olunaraq nəşr edilib. Fondda təcrübə keçən Dövlət Dillər Universiteti və Avrasiya Universitetinin tələbələrinin tərcümə etdiyi nağıllara illüstrasiyaları Dövlət Uşaq Filarmoniyasının üzvləri çəkiblər.

Dünyanın ən soyuq yeri təsbit edildi

16 Dekabr 2016 17:21

Dünyanın ən soyuq yeri peyklərin köməyi ilə təsbit edilib. Kulis.Azın BBC-yə istinadən verdiyi xəbərə görə, ən soyuq yerin dərəcəsi -93,2 dərəcədir.

Avtobus sürücüləri sərnişini zorladılar-BAKIDA

16 Dekabr 2016 17:11

Bakıda avtobus sürücüləri 30 yaşlı qadını döyərək zorlayıblar. Məlumata görə, hadisə 4-cü mikrorayonda baş verib. Belə ki, təcavüzə məruz qalmış 30 yaşlı qadın Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyev ilə tanış olub. Bir neçə gün sonra isə o, C.Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində tanımadığı şəxsin (sonradan onun 61 nömrəli avtobusun sürücüsü 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov olduğu aydınlaşıb) qeyri-etik hərəkətlərinə etiraz edib. Bundan sonra sürücülər həmin qadını zorlayıblar. Hadisə yerinə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinin əməkdaşları gəlib. Hazırda fakt üzrə Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Hər iki şəxs həbs edilib.

“Multikulturalizm gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib

16 Dekabr 2016 16:44

Nərimanov rayonunda “Multikulturalizm gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransda Azərbaycan Kooperasiya Universitetin prorektoru İlham Hüseynov, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova və fəal tələbələr iştirak ediblər.

Paytaxtda daha bir piyada keçidi tikilir

16 Dekabr 2016 16:42

Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb. Yeraltı olacaq piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilir.

Hikmət Hacıyev: “Biz imitasiya xarakterli danışıqları qəbul etmirik”

16 Dekabr 2016 16:37

“Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri rəsmi İrəvanın yürütdüyü ənənəvi təxribat siyasətinin bir tərkib hissəsidir”. Bunu SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Mübariz Əhmədoğlu: “Həmsədrlərin yubanmağına heç bir ehtiyac yoxdur”

16 Dekabr 2016 16:36

“Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində nə edəcəyini bilmir. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarını bütün tarixləri boyu əldə etdikləri ən böyük qənimət hesab edirlər və ona görə də bunu əldən buraxmaq istəmirlər”.  Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Toy günü gəlini və anasını güllələdi - 2 qat ömürlük həbsi istənilir

16 Dekabr 2016 16:33

Türkiyədə birlikdə yaşadığı qadını və anasını toy günü öldürən polis məmuruna ikiqat ömürlük həbs cəzasının verilməsi tələb olunur.