Toy günü gəlini və anasını güllələdi - 2 qat ömürlük həbsi istənilir

Türkiyədə birlikdə yaşadığı qadını və anasını toy günü öldürən polis məmuruna ikiqat ömürlük həbs cəzasının verilməsi tələb olunur. 

Türkiyədə birlikdə yaşadığı qadını və anasını toy günü öldürən polis məmuruna ikiqat ömürlük həbs cəzasının verilməsi tələb olunur. 

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, onun əqli problemlərinin olmadığı sübut edilib.

Hadisə 2015-ci ildə Bursada baş verib. Bursadakı polis bölməsində işləyən 41 yaşlı Abbas U. uzun müddət birlikdə yaşadığı Sevda Uysalı və anası Ayşeni öldürüb.

Xanımından boşanan Abbas toy günü yaranan mübahisə zamanı evlənəcəyi xanımı və anasını güllələyib. O həbs edilib. Vəkillər tərəfindən ona ikiqat ömürlük həbs cəzasının verilməsi tələb olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31