Gündəm
Şura 2017-ci il birinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il birinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirib. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyada çıxış edərək müsabiqə mövzuları, qaydaları, şərtləri müraciət forması və layihə qəbulu üzrə elektron proqram təminatı haqqında ətraflı məlumat verib. Məlumatlandırma sessiyasında QHT-lərin müsabiqə ilə bağlı sualları cavablandırılıb.
Bankda BİABIRÇILIQ: "O müdir bura gələcək"
Türkiyənin Manisa şəhərində bir qadın müştərisi olduğu bankda işlərinin uzanması və həll olunmaması səbəbiylə hələ çox danışılacaq bir hərəkət edib.
Elektrik enerjisinə görə diferensial tarifin hesablanma qaydası - İZAH
Məlum olduğu kimi, noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib.
Taleh Bağırovun məhkəməni pozmaq planı bəlli oldu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi sonra davam etdirilib.
Azərbaycanda bir aqroparkın real ÜDM-ə təsiri ilə bağlı məbləğ açıqlanıb
2017-ci ildə aqropark və biznes inkubatorları üçün idarəetmə strukturunun formalaşdırılması, 2018-ci ilin sonuna kimi yeni aqroparkın və biznes inkubatorunun yaradılması və fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlərin yekunlaşdırılması nəzərdə tutulur.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədən üzr istəyib
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) Türkiyədən üzr istəyib. Məlumata görə, üzrxahlıq 2014-cü ildə yaşanan bir olayla bağlı olub. Həmin il ABŞ dövlət katibi Con Kerri BMTtoplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna "bizdə İŞİD-dən neft aldığınız barədə məlumatlar var", deyib. M. Çavuşoğlu isə belə cavab verib: "Con, sizə məlumat verənləri bilirik. Misir və bizim siyasətimizdən narazı olan bəzi digər ərəb ölkələri. Bu, çox ciddi ittihamdır. Bu barədə sənədlər varsa, bizə verin".
Kənd təsərrüfatı kreditləri ilə bağlı risklərin azaldılması məqsədilə zəmanət fondu yaradılacaq
Son illər aqrar sahəyə verilən kreditlərin həcminin artmasına baxmayaraq, bu kreditlərin ümumi kredit portfelində, habelə ümumi iqtisadiyyatda payı azdır. Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə yer alan məlumatda deyilir.
Strateji Yol Xəritəsi: Məhsulların təftişi prosedurları ÜTT tələblərinə uyğunlaşdırılmalıdır
Məhsulların təftişi prosedurlarının Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılmasına ehtiyac var.
Azərbaycanda xüsusi ərzaq bazarları və ərzaq bankı yaradıla bilər
Azərbaycanda xüsusi ərzaq bazarları təşkil edilə bilər. Məlumata görə, bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir.
Aqrar sahədə nəzərdə tutulan tədbirlər 2020-ci ildə real ÜDM-i 1,2 mlrd. manat artıracaq
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə 2015-ci illə müqayisədə Azərbaycanın real ÜDM-i 1,235 mlrd. manat artacaq. Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə yer alan məlumatda deyilir.
Strateji Yol Xəritəsi: Ərzaq Təhlükəsizliyi Komissiyası yaradılacaq
Ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq, qiymətləndirmənin aparılması, proqram və layihələrin hazırlanması, həyata keçirilməsi, fövqəladə hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi və s. işlərin effektivliyinin təmin edilməsi üçün Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması nəzərdən keçiriləcək.
Rusiya MN: Hələbin şərqinin terrorçulardan azad olunması əməliyyatı başa çatıb
“Suriyanın Hələb şəhərinin şərq hissəsi terrorçulardan azad olunub”. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suriya ordusunun Hələbin şərq məntəqələrinin terrorçulardan azad olunması istiqamətində həyata keçirdiyi əməliyyat başa çatıb.
Merkel Rusiya, İran və Əsədi Hələbdə cinayət törətməkdə ittiham edib
Almaniya kansleri Angela Merkel Suriyanın Hələb şəhərində xəstəxanalara və mülki şəxslərə qarşı məqsədyönlü hücumlara görə Rusiya, İran və Suriya prezidenti Bəşər Əsədi ittiham edib.
Məşhur dərman firması cəzalandı
Avstraliyanın ibuprofen tərkibli məşhur ağrıkəsici dərman firmasının istifadəçiləri “Nurofen” firmasının yaradıcısı olan Reckitt Benckiserdən məhkəməyə şikayət ediblər.
Ucar sakini özünü güllələyib
Dekabrın 15-də Ucar rayon sakini İlkin İbrahimov qırma yarası ilə rayon Mərkəzi Xəstəxanasına gətirilib. DİN-dən verilən məlumata görə, o, izahatında Kürdəmir rayonunun Qarabucaq kəndi ərazisində ov edərkən ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən xəsarət almasını bildirib. Araşdırma aparılır.














