Azərbaycanda xüsusi ərzaq bazarları və ərzaq bankı yaradıla bilər

Azərbaycanda xüsusi ərzaq bazarları təşkil edilə bilər. Məlumata görə, bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir.

Azərbaycanda xüsusi ərzaq bazarları təşkil edilə bilər. Məlumata görə, bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir.

Qeyd olunur ki, əhalinin bütün kateqoriyalarının istehlak normalarına uyğun qidalanmasını təmin etmək üçün daha həssas sosial qrupların müəyyənləşdirilməsi və həmin qrupların ərzaqla təminatının yaxşılaşdırılması məqsədilə aidiyyəti orqanlarla birlikdə məqsədli dövlət proqramlarının hazırlanması imkanları araşdırılacaq, xüsusi ərzaq bazarlarının təşkili və ərzaq bankının yaradılması nəzərdən keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31