Bankda BİABIRÇILIQ: "O müdir bura gələcək"
Türkiyənin Manisa şəhərində bir qadın müştərisi olduğu bankda işlərinin uzanması və həll olunmaması səbəbiylə hələ çox danışılacaq bir hərəkət edib.
16 Dekabr 2016 18:28 DünyaTürkiyənin Manisa şəhərində bir qadın müştərisi olduğu bankda işlərinin uzanması və həll olunmaması səbəbiylə hələ çox danışılacaq bir hərəkət edib. Qadın hesab əməliyyatlarının aparıldığı xəzinənin üzərinə çıxaraq "O müdir bura gələcək. Mənim işlərimi həll edəndən sonra mən buradan düşəcəm" deyərək yerindən tərpənməyəcəyini deyib.
Bank işçiləri hirsli qadını razı salmaq üçün ələ-ayağa düşüblər. İnadkar qadını yola gətirə bilməyən bankirlər müdirə olayla bağlı məlumat veriblər. Qadının yanına gələn bank müdiri onun problemini şəxsən həll edəcəyini dedikdən sonra qadın xəzinənin üstündən düşməyə razılıq verib.