Rusiya MN: Hələbin şərqinin terrorçulardan azad olunması əməliyyatı başa çatıb
“Suriyanın Hələb şəhərinin şərq hissəsi terrorçulardan azad olunub”. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suriya ordusunun Hələbin şərq məntəqələrinin terrorçulardan azad olunması istiqamətində həyata keçirdiyi əməliyyat başa çatıb.
16 Dekabr 2016 17:53 Dünya"Suriyanın Hələb şəhərinin şərq hissəsi terrorçulardan azad olunub". Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suriya ordusunun Hələbin şərq məntəqələrinin terrorçulardan azad olunması istiqamətində həyata keçirdiyi əməliyyat başa çatıb.
Nazirlik Hələbin şərq məntəqələrindən terrorçuların və onların ailə üzvlərinin çıxarılması əməliyyatının baş çatması haqqında da məlumat yayıb: "Əməliyyat başlanandan bu günə kimi ümumilikdə Hələbin şərqindən 9500-dən çox insan təxliyə olunub. Lakin şəhərin ayrı-ayrı hissələrində radikal döyüşçülər hələ də qalır. Suriya ordusu Hələbin radikallar tərəfindən işğal altında olan hissələrini təmizləmək əməliyyatını davam etdirir".