“Multikulturalizm gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib

Nərimanov rayonunda “Multikulturalizm gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, konfransda Azərbaycan Kooperasiya Universitetin prorektoru İlham Hüseynov, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova və fəal tələbələr iştirak ediblər.

Nərimanov rayonunda "Multikulturalizm gənclərin gözü ilə" mövzusunda konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, konfransda Azərbaycan Kooperasiya Universitetin prorektoru İlham Hüseynov, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova və fəal tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov açaraq, tədbir iştirakçılarının salamlamış və bildirib ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır. Sonra çıxış edən Azərbaycan Kooperasiya Universitetin prorektoru İlham Hüseynov, "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova və digər natiqlər çıxış edərək ölkə rəhbərinin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və təbliği üçün 2016-cı ili "Multikulturalizm ili" elan etdiyini bildirmişlər. Onların sözlərinə görə, multikulturalizm dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib. Ulu Öndərin banisi olduğu azərbaycançılıq ideyası xalqımızın multikultural və tolerant dəyərlərinin ideoloji sistemini təşkil etməklə yanaşı, ölkəmizdə yaşayan bütün etnosların vahid maraqlar və vahid dövlət prinsipi ilə mənəvi-siyasi birliyini əlaqələndirir. Heydər Əliyev siyasətini böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında davamlı inkişaf edən ölkəmiz artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31