SOCAR: Küləyin uçurduğu köşk tapılıb

Dekabrın 15-də güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.

Dekabrın 15-də güclü külək nəticəsində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə itkin düşmüş neftçilərin axtarış işləri davam etdirilir.

SOCAR-dan verilən məlumata görə, bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunub, helikopter və gəmilərin sayı artırılıb.

Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış köşkü  aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən heç biri yaşayış köşkündə  olmayıb. Hazırda köşkün  sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31