Mübariz Qurbanlı: "Azərbaycanda radikal qrupların kök salmasına imkan verməməliyik"

"Azərbaycan sakitlik adasıdır. Çünki həm Azərbaycan əhalisinin mental xüsusiyyətləri, həm də dövlətin atdığı qabaqlayıcı addımlar radikal dini qrupların fəaliyyətinə imkan vermir". 

"Azərbaycan sakitlik adasıdır. Çünki həm Azərbaycan əhalisinin mental xüsusiyyətləri, həm də dövlətin atdığı qabaqlayıcı addımlar radikal dini qrupların fəaliyyətinə imkan vermir". 

Məlumata görə, bunu buGənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Multikulturalizm ili: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, qabaqlayıcı addımlar atılmasa, ətrafımızda baş verən radikalizm Azərbaycana da gəlib çatar: "İslam sülhə, barışa çağırır. Cəmiyyətimiz də bunu bilir və bu istiqamətdə də işlər gedir. Gənclərlə iş bu sahədə mühüm istiqamətdir və Azərbaycanda gənclərə xüsusi diqqət yetiririk. Biz Azərbaycanı hər hansı təhlükə ilə üz-üzə qoymayacağıq. Biz enerjimizi Dağlıq Qarabağın, işğal edilmiş torpaqlarımızın azad edilməsinə yönəlməliyik. Azərbaycanda radikal qrupların kök salmasına imkan verməməliyik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31