“Milyonlarla vəsaiti olanlar var ki, evinə 5 tibb işçisi gətizdirib xəstələrinə xidmət etdirir”
Milli Məclisin dekabrın 16-da keçirilən iclasında Vergilər Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsi müzakirəyı çıxarılıb. Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergilər Məcəlləsinə dəyişiklik ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutur. Onun sözlərinə görə, Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur: "Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir".
16 Dekabr 2016 15:27 SosialFazil Məmmədov: "Ölkədə işsizliyin səviyyəsinin dəqiq uçotunu və iqtisadi təhlillərini aparmaq mümkün deyil"
Milli Məclisin dekabrın 16-da keçirilən iclasında Vergilər Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qanun layihəsi müzakirəyı çıxarılıb. Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergilər Məcəlləsinə dəyişiklik ölkədə iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişaf etdirilməsi, bütövlükdə dövlətin davamlı inkişafını nəzərdə tutur. Onun sözlərinə görə, Vergi Məcəlləsinə 115 yeni maddə, 83 dəyişiklik, 3 maddənin ləğvi də daxil olmaqla 201 dəyişiklik nəzərdə tutulur: "Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir". Z. Səmədzadə dəyişikliklərin mahiyyəti barədə də məlumat verib: "Məlum olduğu kimi, kənd təsərrüfatı məhsullarının istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib. Həmin məhsullar ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən digər məhsulların satışı kimi bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq ƏDV tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatın dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından ticarət şəbəkələri satış üzrə ümumi dövriyyədən ƏDV hesablamalı olurlar ki, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olur. Qeyd edilənlər nəzərə alınaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycan Respublikasında istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV-nin həmin məhsulların satış qiyməti ilə onların alış qiyməti arasındakı fərqdən, yəni ticarət əlavəsindən hesablanması ilə bağlı müddəalar layihəyə daxil edilib". Komitə sədri əlavə edib ki, dəyişiklik layihəsində ödəmə qabiliyyətini itirmiş bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsinin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev vergi yükünün azaldılmasını təklif edib: "Uzun müddətdir ki, mətbuatda iqtisadçılar, ekspertlər və mütəxəssislər vergi yükünün çox olması ilə bağlı müzakirələr açırlar. Bəzən sahibkarlar daha az vergi ödəmək üçün vergi orqanlarının əməkdaşları ilə cinayət əlaqəsinə girməyə, vergi orqanları əməkdaşlarını yoldan çıxarmağa çalışır. Hesab edirəm ki, vergi yükünün azaldılması vergidən yayınmanın qarşısının almasına xidmət edəcək". Milli məclisin sədri Oqtay Əsədov isə bildirib ki, bu dəyişikliklər vergi yükünün azaldılmasına xidmət edir.Vergilər naziri Fazil Məmmədov bildirib ki, vergilər sahəsində islahatları nəzərdə tutan qanun layihəsinin mahiyyət və fəlsəfəsinə fikir vermək lazımdır: "Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, şəffaflığın artırılması, nağd hesablaşmaların həcminin azaldılması, elektron ticarətin vergiyə cəlb edilməsi, transfer qiymətqoyma, uçot siyasətinin təkmilləşdirilməsi və şəffaflaşdırılması, vergi yükünün azaldılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi qanunvericiliyinə əməl edən intizamlı vergi ödəyicilərinə münasibətdə vergi orqanları tərəfindən göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması kimi mühüm məsələləri əhatə edir". F. Məmmədov qeyd edib ki, avtomobillər üçün aksiz dərəcəsinin artırılması barədə dəyişiklik sosial bərabərliyin, ədalətin təmin edilməsi məqsədi daşıyır: "Bəlkə də avtonəqliyyat vasitələri daha az gətiriləcək və büdcəyə daxilolma azalacaq. Amma sosial bərabərlik müəyyən edilməlidir. İstirahət üçün olan yaxtalar və digər məsələlərin hamısı əlavə vergiyə cəlb olunmalıdır. Digər sosial təbəqə üçün, aztəminatlı təbəqə üçün lazım olan məsələlər isə daha çox vergidən azad olma və sadələşdirilmiş vergi yükü ilə təmin edilməlidir. Xahiş edirəm, ümumi paketin fəlsəfəsinə diqqət yetirək. Bu günə qədər ticarət obyektlərində bütün dövriyyə vergiyə cəlb olunurdu. İndiki qanunvericilik onu azad edir. İndiki dəyişiklik məhsul hansı qiymətə alınıbsa, bu məbləği ƏDV-dən çıxırlar üstünə qoyulan gəlirdən ƏDV tutulmasından gedir. Sosial təbəqə və pərakəndə ticarət üçün bundan böyük və yaxşı şərait ola bilərmi?". Onun sözlərinə görə, bəzi fəaliyyət növlərinin sadələşdirilmiş vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik bu işçilərin vergiyə cəlb edilməsi üçün deyil: "Bu gün nə Dövlət Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən ölkədə işsizliyin səviyyəsinin dəqiq uçotunu və iqtisadi təhlillərini aparmaq mümkün deyil. Həqiqətən də ölkədə işləyənlərin sayı çoxdur. Əgər əhalinin bir hissəsi evlərdə işləyirsə, siz niyə nəzərə almırsınız ki, bu şəxsləri işə götürən də var. Bundan başqa, kimsə bağında bağban saxlayır. Deməli, o şəxsin sosial vəziyyəti yaxşıdır. Əgər bağda bağban, mühafizəçi, xidmətçi varsa, bu dəyişiklik işçinin uçotunu aparmağa imkan verəcək. Bu dəyişikliklər dövlət büdcəsinin gəlirlərinin təmin olunması məqsədinə xidmət etmir. Milyonlarla vəsaiti olanlar var ki, evinə 5 tibb işçisi gətizdirib xəstələrinə xidmət etdirir. Nə üçün onlar vergi ödəməməlidir? Siz hansı təbəqədən danışırsınız? Sosial təbəqədəndirsə, burda söhbət sosial təbəqədən getmir, işəgötürən tərəfindən ödənilməsindən gedir". Nazirin sözlərinə görə, vergi islahatlarında söhbət bəzi malların qiymətini ucuzlaşdırmaq, bəzilərinin vergisini aşağı salmaqdan gedir:"Məsələn, uşaq yeməkləri var. Axı bunun satıcıları qədər, alıcıları da var. Bəyəm imkanlı insanların övladları yoxdur? Onlar uşaq böyütmürlərmi, uşaq üçün lazım olan qidanı almırlarmı?" Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.
Alim