Rusiya ABŞ-dakı seçkilərə müdaxilə etdiyi barədə ittihamlara cavab verib
"ABŞ Rusiyanı bu ölkədə baş verən seçkilərə müdaxilədə günahlandıraraq qeyri-etik hərəkət edir".
16 Dekabr 2016 15:22 Dünya"ABŞ Rusiyanı bu ölkədə baş verən seçkilərə müdaxilədə günahlandıraraq qeyri-etik hərəkət edir". Məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun Moskvanı haker hücumlarında ittiham etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu barədə danışmağı ya dayandırmaq lazımdır, ya da artıq hansısa sübut irəli sürülməlidir: "Əks halda, bu, çox yaraşıqsız görünür".
Xatırladaq ki, NBC telekanalı ABŞ kəşfiyyatına istinadən haker hücumlarının arxasında şəxsən Rusiya prezidenti Vladimir Putinin dayandığı barədə xəbər yayıb. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31