Həbsdə olan əmlakın satılması qaydası dəyişdirilib
"İcra haqqında" qanuna təklif edilən dəyişiklər parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib."Olaylar”ın verdiyi xəbərə görə, dəyişikliyə əsasən, Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakın satılması qaydasına dəyişiklik edilir və hərrac yolu ilə satılacaq əmlakın yuxarı dəyəri 10 dəfə artırılıb.
16 Dekabr 2016 14:45 Sosial"İcra haqqında" qanuna təklif edilən dəyişiklər parlamentin plenar iclasında müzakirə olunaraq təsdiqlənib."Olaylar"ın verdiyi xəbərə görə, dəyişikliyə əsasən, Azərbaycanda üzərinə həbs qoyulmuş əmlakın satılması qaydasına dəyişiklik edilir və hərrac yolu ilə satılacaq əmlakın yuxarı dəyəri 10 dəfə artırılıb. "Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5 000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər", - deyə sənəddə qeyd olunub. Qeyd edək ki, hazırda dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Sənədin 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.