2017-ci ilin dövlət büdcəsi təsdiq edildi

“2017-ci il dövlət büdcəsi haqqında” qanun layhəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında səsə qoyularaq təsdiqlənib. Maliyyə naziri Samir Şərifov məlumat verib ki, 2017-ci il dövlət büdcəsinin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin layihəsinin MM-də müzakirəsi zamanı irəli sürülən təkliflər təhlil edilib və makroiqtisadi sabitliyin qorunması nəzərə alınmaqla bəzi tədbirlər üzrə xərclərin artırılması nəzərdən keçirilib: "Bəzi məsələlərin həlli üçün maliyyə təminatı öz həllini tapıb. Mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə əlavə 3 mln. manatın ayrılması nəzərdə tutulur.

Mədəniyyət xərcləri 3 milyon manat artırıldı

"2017-ci il dövlət büdcəsi haqqında" qanun layhəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında səsə qoyularaq təsdiqlənib. Maliyyə naziri Samir Şərifov məlumat verib ki, 2017-ci il dövlət büdcəsinin layihəsi və sonrakı 3 il üçün icmal büdcənin layihəsinin MM-də müzakirəsi zamanı irəli sürülən təkliflər təhlil edilib və makroiqtisadi sabitliyin qorunması nəzərə alınmaqla bəzi tədbirlər üzrə xərclərin artırılması nəzərdən keçirilib: "Bəzi məsələlərin həlli üçün maliyyə təminatı öz həllini tapıb. Mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə əlavə 3 mln. manatın ayrılması nəzərdə tutulur. Həmçinin, MM-in saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulub. Gənclər Fondunun vəsaitinin cari ilin səviyyəsində saxlanılması təklif edilib. Lakin 2017-ci ildə büdcənin hədəfləri, büdcə yığcamlaşması nəzərə alınaraq Gənclər Fonduna azalmanı ciddi problem hesab etmirik və Fonda əlavə vəsait ayrılması düzgün hesab edilmir". Qeyd edək ki, MM-in bu gün keçirilən plenar iclasında Azərbaycanın 2017-ci il dövlət büdcəsi zərfinə daxil olan digər məsələlər də - "2017-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında" qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası səsə qoyularaq təsdiq edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin 2017-ci il üçün gəlir və xərcləri 3 400,0 mln. manat həcmində proqnozlaşdırılır. Azərbaycanda gələn il yaşayış minimumu 155 manat, ehtiyac meyarı 116 manat olacaq. Azərbaycanın 2017-ci il üçün dövlət büdcəsinin layihəsində Hesablama Palatası üçün 3,812 mln. həcmində vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2016-cı illə müqayisədə 0,8% çoxdur. Gələn il Milli Məclis və Aparatının saxlanılması üçün büdcə layihəsində 23 089 714 manat nəzərdə tutulub ki, bu da 2016-cı ildən 394 784 manat və ya 1,74% çoxdur. Qeyd edək ki, dəyişikliklər nəzərə alınmaqla, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16,255 mlrd. manat, xərcləri 16,904 mlrd. manat həcmində təsdiqlənib. ARDNF-dən dövlət büdcəsinə transfertlər 6,1 mlrd. manat həcmində nəzərdə tutulur ki, bu da 2016-cı ilin proqnozu ilə müqayisədə 1,515 mlrd. manat və ya 19,9% azdır. Gələn ilin büdcəsində gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti 40 dollar/barel səviyyəsində nəzərdə tutulub. Sənəd səsə qoyularaq qəbul edilib. Ardınca "Büdcə sistemi haqqında" qanunda Azərbaycanda dövlət büdcəsinin icrası ilə bağlı şərtlərdə və qaydalarda dəyişiklik edilib. Layihəyə əsasən, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi növbəti ilin may ayının 5-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Digər dəyişikliyə görə dövlət büdcəsinin icrası barədə hesabat özündə digər məlumatlarla yanaşı, bütün dövlət borcları, il ərzində götürülən dövlət borcları, o cümlədən buraxılmış dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri və dövlət büdcəsinin Ehtiyat Fondunun, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitlərindən il ərzində istifadə ilə yanaşı, məqsədli büdcə fondlarının və yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında da məlumatları da əks etdirəcək. Sənədə əlavə edilən 4-1-ci bəndə görə, müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma və qaydada hesabatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət qurumlarına təqdim edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxış imkanlarını təmin edəcək. Əlavə edilən digər 4-2-ci bəndinə görə isə, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışın təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Layihə səsə qoyularaq qəbul olunub. Sonra millət vəkilləri "Nağdsız hesablaşmalar haqqında" qanun layihəsinin müzakirəsini aparıblar. Vergiər naziri Fazil Məmmədov bildirib ki, nağd qaydada xərclərin çəkilməsinə məhdudiyyətin qoyulması və pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız vergi ödəyicilərinə münasibətdə tətbiq olunacaq. Onun sözlərinə görə, bu dəyişiklik sahibkarlarla bağlıdır. Qeyd edək ki, "Nağdsız hesablaşmalar haqqında" qanun layihəsinə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Qanun layihəsinə əsasən, vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin verilməsi, "Sığorta fəaliyyəti haqqında" və "İcbari sığorta haqqında" qanunlarla müəyyən edilmiş ödənişlər, dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar, əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları, o cümlədən işəgötürən tərəfindən ödənilən qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar, stasionar telefon xidmətləri və kommunal xərclərin ödənilməsi, faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla) və digər ayırmaların ödənilməsi və qaytarılması, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi), təhsil haqlarının ödənilməsi, turizm agentliklərinə ödəmələr yalnız nağdsız qaydada aparılmalıdır. Bu qanunun tələblərinin pozulmasına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10%-i, ikinci dəfə yol verdikdə 20%-i, üç və daha çox dəfə yol verdikdə 40% miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı Vergi Məcəlləsinə müvafiq maddə daxil edilib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31