Azərbaycanlı milyonçu Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri aparılıb 

Biləcəri qəsəbəsində dəfn edilən tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri tamamlandıqdan sonra ziyarət üçün açıq elan olunub. “OLAYLAR”-ın xəbərinə görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində açıq havada təşkil olunan ziyarətdə Rayon İcra Hakimiyyətinin rəsmiləri , Ağa Musa Nağıyev adına “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri, məşhur milyonçu- xeyriyəçinin nəvəsi Dilarə Nağıyeva və həmin təşkilatın üzvləri, abidənin müəllifi- tanınmış heykəltəraş Azad Əliyev, abidənin bərpa işlərinin tamamlanmasına dəstək göstərən xeyriyyəçi insanlar,qəsəbə sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Ağa Musa Nağıyevin Azərbaycan üçün dəyərindən danışıb.

Biləcəri qəsəbəsində dəfn edilən tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi Ağa Musa Nağıyevin qəbirüstü abidəsində bərpa işləri tamamlandıqdan sonra ziyarət üçün açıq elan olunub. "OLAYLAR"-ın xəbərinə görə, Binəqədi rayonu Biləcəri qəsəbəsində açıq havada təşkil olunan ziyarətdə Rayon İcra Hakimiyyətinin rəsmiləri , Ağa Musa Nağıyev adına "Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin sədri, məşhur milyonçu- xeyriyəçinin nəvəsi Dilarə Nağıyeva və həmin təşkilatın üzvləri, abidənin müəllifi- tanınmış heykəltəraş Azad Əliyev, abidənin bərpa işlərinin tamamlanmasına dəstək göstərən xeyriyyəçi insanlar,qəsəbə sakinləri iştirak ediblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Ağa Musa Nağıyevin Azərbaycan üçün dəyərindən danışıb. Natiq çıxışında rayon iştirakçılara rayon rəhbərliyinin salamlarını çatdıraraq qeyd edib ki, xalqımız hər zaman öz millətinə, xalqına xidmət edən oğullarının yaşatmalı, onların faydalı əməllərini gənc nəsillərə təbliğ etməlidir. Daha sonra çıxış edən natiqlər də öz nitqlərində abidənin abadlaşdırılmasında əməyi olan şəxslərə minnətdarlıqlarını ifadə ediblər. Tədbir zamanı müvafiq fəaliyyətlə bağlı əməyi olan şəxslər Ağa Musa Nağıyev adına "Milli Dəyərlərin Qorunması" İctimai Birliyinin təsis etdiyi Fəxri Fərmana layiq görülüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31