Konyada terrorçu İŞİD-lə əlaqədə şübhəli bilinən 33 nəfər həbs edilib
Türkiyənin Konya şəhərində terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində saxlanılan 43 şübhəlidən 33 nəfəri barəsində həbs qətiimkan tədbiri seçilib.
16 Dekabr 2016 12:41 DünyaTürkiyənin Konya şəhərində terrorçu İŞİD qruplaşmasına qarşı keçirilən əməliyyat nəticəsində saxlanılan 43 şübhəlidən 33 nəfəri barəsində həbs qətiimkan tədbiri seçilib. 200-ə yaxın xüsusi təyinatlı polis eyni vaxta 43 ünvanda antiterror əməliyyatı keçirib.
İnformasiyaya görə, şübhəlilərin yaşadıqları evlərdən İŞİD-ə aid çoxlu sayda sənədlər aşkar edilərək, götürülüb.
Onlar müxtəlif ad altında ictimai birliklərdə fəaliyyət göstərirmişlər. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31