Gələn ilin dövlət büdcəsi təsdiq edildi
Milli Məclisin dekabrın 16-da keçirilən iclasında gələn ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələri təsdiq edilib. “Olaylar” xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin dayanıqlığını təmin etmək məqsədilə millət vəkillərinin irəli sürdükləri təkliflər nəzərdən keçirilib. Qərara alınıb ki, dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsaitin həcmi 3 milyon, Milli Məclisin saxlanması xərclərinə isə 850 min manat əlavə edilsin. Bununla da 2017-ci ilin dövlət düdcəsi zərfinə daxil olan qanun layihələri qəbul edilib. Xatırladaq ki, büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında ” qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.
16 Dekabr 2016 12:57 SosialMilli Məclisin dekabrın 16-da keçirilən iclasında gələn ilin dövlət büdcə zərfinə daxil olan qanun layihələri təsdiq edilib. "Olaylar" xəbər verir ki, maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin dayanıqlığını təmin etmək məqsədilə millət vəkillərinin irəli sürdükləri təkliflər nəzərdən keçirilib. Qərara alınıb ki, dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsaitin həcmi 3 milyon, Milli Məclisin saxlanması xərclərinə isə 850 min manat əlavə edilsin. Bununla da 2017-ci ilin dövlət düdcəsi zərfinə daxil olan qanun layihələri qəbul edilib. Xatırladaq ki, büdcə zərfinə "2017-ci il dövlət büdcəsi haqqında ", "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında " qanun layihələri və Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.