Hələblilərdən mesaj var

Suriyada İran silahlı qüvvələrinin və rejimin silahlı dəstələrinin basqınından azad olmaq  hələblilər, müxalifətin nəzarəti ilə İdlibə gətiriliblər. İdlibə çatan vətəndaşlar, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.

Suriyada İran silahlı qüvvələrinin və rejimin silahlı dəstələrinin basqınından azad olmaq  hələblilər, müxalifətin nəzarəti ilə İdlibə gətiriliblər. İdlibə çatan vətəndaşlar, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür ediblər.

İdlibə gələn 150 min Hələb sakini öncə Allaha, sonra Türkiyə prezidentinə dua ediblər. Bu çətin günlərində  bir çox dövlətin xəyanətlərini gördüklərini, yalnız Türkiyənin bu çətin günlərdə onlara dəstək olduğunu bildiriblər.

Hələb sakini Ali Salim Türkiyə mediasına verdiyi açıqlamasında bildirib ki, Ərəb liderləri bizi ölümə sövq etdilər. İnşallah vətənimizə geri dönəcəyik. Hələbi tərk edəndə üzülmədik. Çünki, həyat qazanmaq və itirməkdən ibarətdi. Təkrar geri dönəcəyimizə ümid edirik. Bütün dünya Haləbə qarşı müharibə  elan etməkdə birləşdilər. Hətta Amerika belə gizli savaşdı. Kimsə bizə dəstək olmadı. Sadəcə allahın və Rəcəb Tayyib Ərdoğanın dəstəyini hiss etdik."

İdlibə gələn  fiziki qüsurlu Ahmed Salih adlı Hələb sakini təhlükəsizliklərini Türkiyə tərəfindən təmin edildiyini bildirib. Ahmed Salih "Rəcəb Tayyib Ərdoğana təşəkkür edirik. Başqanım, biz sağ - salamat gəldik. Həmçinin Hacı Ebu Furkan və Hacı Ebu Hakana təşəkkürlər edirik." - deyən Salih, həmçinin Ərəb ölkələrinin liderlərinə də səslənib. "Ərəb liderlərinə bir müraciətim var. Uşaqlarımız kəsildi, öldürüldü. Qadınlarımız gözyaşları içərisində, evlərimiz yerlə bir oldu. Onlara bizlərin başına gələni, kimsənin başına gəlmədiyini xatırlatmaq istəyirəm."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31