Gündəm
İtkin düşən neftçilərin axtarışına daha 3 helikopter və 1 gəmi cəlb edildi
Dekabrın 15-də Xəzər dənizində "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.
"Yuventus"da yeni müqavilə
"Yuventus" Stefano Sturaro ilə müqavilənin müddətini uzadıb. İtaliyalı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti 2021-ci ilə qədər nəzərdə tutulub. Qeyd edək ki, S.Sturaro bu mövsüm 14 oyunda meydana çıxıb və 1 qol vurub. Apasport.az
Rusiya və İran səfirləri XİN-ə çağırıldılar
Rusiya və İran səfirləri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıblar. Bu barədə Britaniya XİN rəhbəri Boris Conson öz "Twitter" səhifəsində yazıb. Onun sözlərinə görə, səfirləri nazirliyə çağırmaqda məqsəd Suriyanın Hələb şəhərində yaranmış vəziyyətlə bağlı narahatlıq ifadə etmək olub.
"Moody`s": Azərbaycan iqtisadiyyatı növbəti iki ildə artacaq
Azərbaycanın "Ba1" səviyyəsində olan suveren reytinqinə neqativ proqnozun verilməsi iqtisadi artım üçün bəzi risklərin olmasını özündə ehtiva edir. Bu barədə "Moody's" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.
Baş Prokurorluq: “Lapşinin Azərbaycana ekstradisiya ilə bağlı iş aparılır”
Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Ermənistan Silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuş, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus “http//puerrtto.livejournal.com” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib. Bu barədə baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Bakı-İstanbul aviareysilə külli miqdarda pul aparmaq istədilər
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar.
"Rusiya ABŞ-dakı seçkilərə müdaxilə edib"
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Rusiya noyabrın 8-də keçirilən prezident seçkilərinə müdaxilə edib. ABŞ prezidenti seçkilərə "müdaxilə"yə görə Rusiyaya cavab veriləcəyini bəyan edib.
Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş olub
Dekabrın 15-də Tibb Baş İdarəsində ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması ofisinin (TAMA) direktoru xanım Elizabet Corcun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, hərbi təbabət sahəsində hazırkı əməkdaşlığın və perspektivlərin müzakirə olunduğu görüşdə Azərbaycan ilə ABŞ arasında Birgə Bioloji Əməkdaşlıq proqramının icrası yüksək qiymətləndirilib.
Hava limanı istiqamətində avtomobillərin hərəkət sürəti aşağı endirilib
Hazırda davam etməkdə olan qarlı və şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi müvafiq addımlar atır. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Heydər Əliyev prospektinin Hava limanına qədər olan hissəsində eləcə də Zığ dairəsindən Hava limanı istiqamətində və əks istiqamətlərdə hərəkət sürəti daha 10 kilometr saat həcmində aşağı endirilib.
Mətbuat Şurasının ARDNF ilə birgə müsabiqəsi üzrə mükafatlandırma mərasimi keçirilib
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) bu qurumun Azərbaycan Mətbuat Şurası ilə birgə təşkil etdiyi, dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusundakı analitik yazı müsabiqəsi üzrə mükafatlandırma mərasimi keçirilib.














