Tibb Baş İdarəsində ABŞ nümayəndə heyəti ilə görüş olub
Dekabrın 15-də Tibb Baş İdarəsində ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması ofisinin (TAMA) direktoru xanım Elizabet Corcun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, hərbi təbabət sahəsində hazırkı əməkdaşlığın və perspektivlərin müzakirə olunduğu görüşdə Azərbaycan ilə ABŞ arasında Birgə Bioloji Əməkdaşlıq proqramının icrası yüksək qiymətləndirilib.
15 Dekabr 2016 18:49 SosialDekabrın 15-də Tibb Baş İdarəsində ABŞ Müdafiə Departamentinin Təhlükənin Azaldılması ofisinin (TAMA) direktoru xanım Elizabet Corcun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, hərbi təbabət sahəsində hazırkı əməkdaşlığın və perspektivlərin müzakirə olunduğu görüşdə Azərbaycan ilə ABŞ arasında Birgə Bioloji Əməkdaşlıq proqramının icrası yüksək qiymətləndirilib. Tibb Baş İdarəsinin rəisi tibb xidməti general-mayoru Natiq Əliyev əməkdaşlığın hazırkı səviyyəsindən razılığını bildirib. Əməkdaşlıq çərçivəsində keçirilən treninqlərin vacibliyindən danışan idarə rəisi biotəhlükəsizlik və biomüdafiə sahələrində də təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.