Gündəm

İran prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur"

21 Dekabr 2016 14:02

"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur".  Bunu Yerevanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib. “Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. Biz münaqişənin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq”,- deyə o vurğulayıb. H.Ruhani qeyd edib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir”.

Suriyada türk hərbçilərə hücum: 3 ölü, 11 yaralı - YENİLƏNİB

21 Dekabr 2016 13:57

Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 6 hərbçisi yaralanıb. Hərbçilərin yaralanmasının səbəbi hələlik məlum deyil.

Kirbi: “Rusiya səfirinin qətlinin ABŞ-la əlaqələndirilməsindən narahatıq”

21 Dekabr 2016 13:55

“Rusiya səfirinin Türkiyədə öldürülməsi hadisəsinin ABŞ-la əlaqələndirmə cəhdləri bizi narahat edir. Bu narahatlığımızı Türkiyə rəsmilərinə çatdırmışıq”.

Futbol komandasını məhv edən aviaqəzanın günahkarları müəyyənləşdi

21 Dekabr 2016 13:50

Boliviyanın "LaMia" aviakompaniyası və pilot Miqel Kiroqa noyabrın 28-də Medelyində baş vermiş təyyarə qəzasında təqsirli bilinirlər. Bu, "Şapekoense" futbolçuları da daxil olmaqla 71 nəfərin həlak olduğu təyyarənin məxsus olduğu şirkətdir. Hadisəyə görə məsuliyyətli olan Kiroqa da həlak olanlar arasındadır. O, həm də aviakompaniyanın səhmdarlarından biridir. "LaMia"nın icraçı direktoru Qustavo Qamboa "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə artıq həbs olunub. Onun oğlu Qustavo Vilyeqas da qəzaya uğrayan təyyarəyə viza verdiyinə görə göz altna alınıb. Onların heç biri qəzada özünü təqsirli bilmir.  

Nihat Zeybekçi: Səfirə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib

21 Dekabr 2016 13:46

Rusiyanın Ankaradakı səfirinə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib. Məlumata görə, bunu Bakıda jurnalistlərə Türkiyənin iqdisadiyyat naziri Nihat Zeybekçi deyib. Nazir qeyd edib ki, bu hadisənin arxasında dayananlar heç vaxt məqsədlərinə çatmayacaqlar. N.Zeybekçi əlavə edib ki, səfirin öldürülməsi Türkiyə və Rusiya arasında iqtisadi və siyasi münasibətlərinə təsir etməyəcək: "Tam əksinə, münasibətlərimizin daha da güclənəcəyini düşünürük".

2016-cı il Azərbaycan üçün siyasi göstəricilərinə görə çox uğurlu oldu

21 Dekabr 2016 13:44

Başa vurmaqda olduğumuz il bir sıra müsbət və mənfi məqamları ilə yadda qaldı. 2016-cı ildə ən yadda qalan hadisələrdən biri dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsindən sonra ölkədə baş verən devalvasiya oldu. Həmçinin cari il ərzində ölkə həyatı üçün digər mühüm hadisələr də baş verdi. Bəs görəsən 2017-ci ildən gözləntilər nədir? Bu və digər suallarla millət vəkili Azər Badamova müraciət etdik. 

İran prezidentinin Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vacib rol oynaya bilər

21 Dekabr 2016 13:41

İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində vacib rol oynaya bilər. Bu sözləri Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.

ABŞ ordusunun Liviyada keçirdiyi antiterror əməliyyatı başa çatıb

21 Dekabr 2016 13:39

"ABŞ Silahlı Qüvvələrinin Liviyada "Odissey şimşəyi" adı altında terrorçu İŞİD-ə qarşı keçirdiyi əməliyyat başa çatıb". Məlumatı ABŞ Silahlı Qüvvələrinin Afrikadakı komandanlığı yayıb.

Türkiyədə Rusiya səfirinin qətlində şübhəli bilinən 13 nəfər saxlanılıb

21 Dekabr 2016 13:35

Ankara, İzmir və Aydın vilayətlərində Rusiyanın Türkiyədəki səfirinin qətlində şübhəli bilinən 13 nəfər saxlanılıb. Bundan əvvəl qatilin 6 qohumunun saxlanıldığı bildirilirdi.

Türk modelin rus səfirin ölümü haqda maraqlı sualı

21 Dekabr 2016 13:33

Model Tuğçe Kazaz Türkiyədə Rusiya səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı paylaşım edib. Səfiri öldürən polisin güllələnməsini müzakirəyə çıxaran Tuğçe yazıb:

Cennifer Lopez Rihannanın sevgilisini əlindən aldı

21 Dekabr 2016 13:31

Bu yaxınlarda özündən 18 yaş kiçik sevgilisi Kasper Smartdan ayrılan Cennifer Lopes daha ciddi münasibətlər qurmaq istəmir. 47 yaşlı pop-diva indi də 30 yaşlı reper Dreyklə flirt edir. Hazırda artistlər birgə trek üzərində işləyir, ona görə də tez-tez görüşürlər. Amma cütlüyə yaxın mənbə bildirib ki, onların münasibətləri dostluq çərçivəsindən çoxdan çıxıb. Ulduz cütlük axşamlar romantik şam yeməyinə çıxır, gecələr də tez-tez görüşlər. Buradan belə nəticəyə gəlmək olar ki, Ceylo bir vaxtlar Rihannaya dəlicəsinə aşiq olduğunu deyən Dreyki həmkarının əlindən almaq niyyətindədir.

Park Cinema-da Yeni İl nümayişi – Yolkalar 5

21 Dekabr 2016 13:28

Dekabrın 20-də filmin rəsmi nümayişinə  iki gün qalmış  Park Cinema-da media, özəl sektor nümayəndələrinin və blogerlərin iştirakı ilə Yolkalar 5 filminin qapalı nümayişi baş tutub. Park Bulvar AVM, Anadolu restoranı, Saville, Like Tea-nin dəstəyi ilə keçirilmiş tədbir zamanı Kepro Estetik, Hed Academy, Park Cinema və Park Bulvar-ın təqdim etdiyi xüsusi hədiyyələrin uduş oyunu keçirilib.

Türkiyəni terrorla çökdürmək istəyirlər

21 Dekabr 2016 13:21

Bu ölkəni bölünmüş görmək istəyənlərin xam xəyalları ürəklərində qalacaq Rusiyanın Türkiyədəki böyük elçisi Andrey Karlovun qətlinin qanı qurumamış ölkənin İzmir şəhərinin Buca mahalında yenidən partlayış baş verib. Bucada iki bombanın partladılması nəticəsində iki avtomobil yararsız hala düşüb. Hadisə ilə bağlı üç nəfər polis tərəfindən saxlanılıb.

Bitmədi, ey anam Dərbənd, həsrətim...

21 Dekabr 2016 13:17

Yaxınlarda Şəkidəydik və “Şəki ARB TV” kanalının proqram müəllifi Elşən Zəkəriyyəbəyli bizimlə çəkilişdən sonra yaxın günlərdə Dərbəndə gedib ordakı soydaşlarımızla görüşməyi təklif etdi. O eyni zamanda, mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin ömür-gün yoldaşı Dilarə xanımın arzusunu da bu səfər çərçivəsində həyata keçirmək istədiyini bildirdi. Dilarə xanım Türk Dünyasının böyük filosof-şairinin müəllifi olduğu xeyli sayda kitabı Dərbənd Mərkəzi Kitabxanasının fonduna hədiyyə etmək qərarına gəlmişdi. Əlbəttə, bu, olduqca xoş niyyət idi və bircə qalırdı həmin arzunu həyata keçirmək.

QHT-lər narkomaniyaya qarşı mübarizədə aktiv rol oynayır

21 Dekabr 2016 13:15

Əhalinin sağlamlığının qorunması, o cümlədən gənclərin sosial-mənəvi və fiziki inkişafı dövlətin və cəmiyyətin qarşısında dayanan əsas vəzifələrdən hesab olunur. İnsanların sağlamlığı, eyni zamanda gələcəyimiz olan gənclərin sosial-mənəvi və fiziki cəhətdən inkişafı və sağlam həyat tərzi keçirmələri ilə bağlı müvafiq dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları bu istiqamətdə davamlı fəaliyyət göstərir. Bu mənada ayrı-ayrı qeyri-hökumət təşkilatlarının sağlam həyat tərzinin təbliği, narkomaniya və narkomanlığa qarşı mübarizə məqsədilə həyata keçirdiyi layihələr mühüm əhəmiyyət kəsb edir.