Cennifer Lopez Rihannanın sevgilisini əlindən aldı

Bu yaxınlarda özündən 18 yaş kiçik sevgilisi Kasper Smartdan ayrılan Cennifer Lopes daha ciddi münasibətlər qurmaq istəmir. 47 yaşlı pop-diva indi də 30 yaşlı reper Dreyklə flirt edir. Hazırda artistlər birgə trek üzərində işləyir, ona görə də tez-tez görüşürlər. Amma cütlüyə yaxın mənbə bildirib ki, onların münasibətləri dostluq çərçivəsindən çoxdan çıxıb. Ulduz cütlük axşamlar romantik şam yeməyinə çıxır, gecələr də tez-tez görüşlər. Buradan belə nəticəyə gəlmək olar ki, Ceylo bir vaxtlar Rihannaya dəlicəsinə aşiq olduğunu deyən Dreyki həmkarının əlindən almaq niyyətindədir.

Mənbələr onu da bildirib ki, daha çox Cennifer Lopez addım atır, Dreyk də laqeyd qalmır. Hətta reperin Ceylodan ötrü ağlını itirdiyi də iddialar arasındadır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31