Futbol komandasını məhv edən aviaqəzanın günahkarları müəyyənləşdi
Boliviyanın "LaMia" aviakompaniyası və pilot Miqel Kiroqa noyabrın 28-də Medelyində baş vermiş təyyarə qəzasında təqsirli bilinirlər. Bu, "Şapekoense" futbolçuları da daxil olmaqla 71 nəfərin həlak olduğu təyyarənin məxsus olduğu şirkətdir. Hadisəyə görə məsuliyyətli olan Kiroqa da həlak olanlar arasındadır. O, həm də aviakompaniyanın səhmdarlarından biridir. "LaMia"nın icraçı direktoru Qustavo Qamboa "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə artıq həbs olunub. Onun oğlu Qustavo Vilyeqas da qəzaya uğrayan təyyarəyə viza verdiyinə görə göz altna alınıb. Onların heç biri qəzada özünü təqsirli bilmir.
21 Dekabr 2016 13:50 İdmanBoliviyanın "LaMia" aviakompaniyası və pilot Miqel Kiroqa noyabrın 28-də Medelyində baş vermiş təyyarə qəzasında təqsirli bilinirlər. Bu, "Şapekoense" futbolçuları da daxil olmaqla 71 nəfərin həlak olduğu təyyarənin məxsus olduğu şirkətdir. Hadisəyə görə məsuliyyətli olan Kiroqa da həlak olanlar arasındadır. O, həm də aviakompaniyanın səhmdarlarından biridir. "LaMia"nın icraçı direktoru Qustavo Qamboa "ehtiyatsızlıqdan adam öldürmə" maddəsi ilə artıq həbs olunub. Onun oğlu Qustavo Vilyeqas da qəzaya uğrayan təyyarəyə viza verdiyinə görə göz altna alınıb. Onların heç biri qəzada özünü təqsirli bilmir. Goal.az