Gündəm
Qeyri-neft sektorunun inkişafı niyə ləngiyir?
Beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınan Azərbaycanın keçdiyi inkişaf yolu sözün həqiqi mənasında təqdirəlayiqdir. Dünya ölkələrinin iqtisadi geriləmə şəraitində yaşadığı dönəmdə Azərbaycan dinamik inkişaf yolunu davam etdirir. Hazırda isə ölkəmizin yeni iqtisadi kursu müəyyən edilib və bu mərhələnin müsbət nəticələr verəcəyi heç kimdə şübhə doğurmur.
Müraciətlərin sayı azalıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək və sosial müdafiə, tibbi sosial ekspertiza və reabilitasiya sahələrində xidmətlərin məmur-vətəndaş təmasları mümkün olmadan, avtomatlaşdırılmış infrastrukturunun genişləndirilməsi nazirliyə qəbul üçün müraciət edənlərin sayının azalması ilə müşahidə edilir.
Rusiya səfirini öldürən qatilin 900 illik şifrəsi – ŞOK DETAL
Ankarada Rusiya səfiri Andrey Karlovun qətlə yetirilməsi ilə 900 il öncə mövcud olmuş haşhaşilər təriqətinin sui-qəsd metodu eynidir. Bu barədə “Yeni Şafak” qəzetinin yazarı Mehmet Acet çıxış edib.
Araşdırma: Ermənistanda anadan olanların dörddə biri hazırda xaricdə yaşayır
Ermənistanda anadan olanların dörddə biri hazırda xaricdə yaşayır. Bu məlumatlar "Pew Research Center" mərkəzinin araşdırması əsasında müəyyən edilib. Araşdırmada Birləşmiş Millətlər Təşkilatının 2015-ci il üçün məlumatlarından istifadə olunub.
İŞİD Suriyada türk əsgərlərinə hücum edib
İŞİD terrorçuları Suriyanın şimalında türk ordusuna aid səhra xəstəxanasının olduğu yerə hücum edib. Məlumata görə, türk əsgərləri arasında həlak olan və yaralananlar var. Xeyli sayda terrorçunun məhv edildiyi bildirilir.
Ölkədə cinayətkarın belə ləyaqəti qanunla qorunur
Bir qayda olaraq məhkəmə çəkişmələri zamanı bir tərəfin digər tərəf barədə işlətdiyi ifadələr öz-özlüyündə yeni bir məhkəmə predmetinə çevrilir. Tərəflərdən birinin bilərəkdən və ya bilməyərəkdən işlətdiyi həmin ifadə sonradan prosesin onun ziyanına işləməsinə gətirib çıxarır. Belə ki, bir tərəfin digəri barədə işlətdiyi “şərəfsiz”, “ləyaqətsiz” kimi ifadələri adətən mübahisə doğuran məqama çevrilir. Belə ki, qeyd edilən ifadələrin işlədilməsi Azərbaycan Konstitusiyasına zidd hesab olunur.
Təhsil Nazirliyinə yeni səlahiyyət verildi
Nazirlər Kabinetinin qərarı ilə bu yaxınlarda Təhsil Nazirliyinə yeni səlahiyyət verilib. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı və Təhsil Nazirliyinin kollegiyasının birgə elmi sessiyasında çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.
Gəmi quruya çıxdı
Bu səhər saat 08:20 radələrində İstanbul boğazında Ukraynanın Odessa limanından Misirin Port Səid limanına gedən Panama bayraqlı 44 ton qarğıdalı yüklü “Star Harmony” gəmisi İstanbul Yeniköy səmtində quruya oturub. İstanbul Bölgə Sahil Mühafizəsi komandanlığına aid 9 gəmi hadisə yerinə gələrək quruya çıxan gəmini suya çəkiblər. Hal – hazırda xilas etmə tədbirləri davam edir.
Filmlərimiz Bolqarıstanın beynəlxalq film festivalında
“4.1 Şəhər Motivləri” kinoalmanaxına daxil olan “Qonşu qadın”, “Kədərim”, “Yuxarıda və aşağıda” və “Dmitrov küçəsi 86” qısametrajlı bədii filmləri Bolqarıstanın “Sofia MENAR” Beynəlxalq Film Festivalına dəvət alıb. Festival 12-29 yanvar tarixlərində Sofiya şəhərində keçiriləcək. Filmlərimiz festivalın “Fokus” proqramında nümayiş olunacaq.
Türkiyə sərhədində gərginlik
Ötən gün Ege dənizində Türk və Yunan sərhədçiləri arasında gərginlik yaşanıb. Bir qrup yunan balıqçı qayığı Muğlanın Bodrum bölgəsinə bağlı olan Kardak Adaları bölgəsindən türk sahilinə çıxmağa cəhd ediblər.
Xarici diplomatlar Rusiyanın Azərbaycandakı səfirliyində başsağlığı kitabına ürək sözlərini yazıblar
Rusiyanın Ankarada öldürülən səfiri Andrey Karlovun xatirəsinə açılmış başsağlığı kitabına ürək sözlərini yazmaq üçün xarici ölkələrin səfirləri Rusiyanın Azərbaycandakı səfirliyinə gəliblər.
“Səma” rəqs ansamblının hesabat konserti keçiriləcək
24 dekabr saat 16:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblının multikulturalizmə həsr olunmuş hesabat konserti keçiriləcək.
Bakıda dəhşət: "Bacımı boşasan, başını kəsərəm" dedi, kürəkənini yaraladı
Bakının Xəzər rayonunda iki qardaşın xəsarət alması ilə nəticələnən cinayət hadisəsi baş verib. Hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb. Həmin qəsəbədə yaşayan Mülkədar Nəzərov və onun qardaşı İsgəndər Nəzərov döyülüblər.
“Səfirin qətlinin arxasında İran dayanır” - politoloqlardan sensassion AÇIQLAMA
“Bunu birmənalı olaraq demək çox çətin məsələdir. Sübut etmək üçün konkret faktlar lazımdır. Ancaq İranın davranışları və baş verən proseslər müəyyən şübhələr yaradır. Çünki son hadisələr zamanı Rusiya-Türkiyə yaxınlaşması fonunda İranın şübhəli davranışlarını müşahidə etdik. Hiss olunur ki, İran Rusiya-Türkiyə yaxınlaşmasına qısqanclıqla yanaşır.
Qazaxıstanda genişmiqyaslı anti-terror əməliyatı başlayıb
Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi “At-Takfir ual-Hicri” dini-ekstremist təşkilatının üzvlərini zərərsizləşdirmək üçün genişmiqyaslı əməliyyat keçirir. Bu haqda qurumun mətbuat xidmətindən bildirilib.














