Qazaxıstanda genişmiqyaslı anti-terror əməliyatı başlayıb

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi “At-Takfir ual-Hicri” dini-ekstremist təşkilatının üzvlərini zərərsizləşdirmək üçün genişmiqyaslı əməliyyat keçirir. Bu haqda qurumun mətbuat xidmətindən bildirilib.

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi "At-Takfir ual-Hicri" dini-ekstremist təşkilatının üzvlərini zərərsizləşdirmək üçün genişmiqyaslı əməliyyat keçirir. Bu haqda qurumun mətbuat xidmətindən bildirilib.

Operativ əməliyyat Almatı, Aktyubinsk və Atırauskoy vilayətlərində, həmçinin Almatı şəhərində keçirilir. Əməliyyatın gedişatında 16 nəfər saxlanılıb.

Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, təşkilatın üzvləri "Əl-Qaidə", İŞİD və başqa terror qruplaşmalarının ideyalarını mənimsəyiblər. "At-Takfir ual-Hicri"nin davamçıları Suriya və İraqda terrorçuların hərəkətlərini bəyənir, həmçinin bütovlükdə dünyəvi idarə üsulu və ölkənin konstitusiya qanunlarını inkar edirlər", - deyə xəbərdə bildirilir.

Qazaxıstan məhkəməsi 2014-cü ildə "At-Takfir ual-Hicri"ni ekstremist təşkilat kimi tanıyıb və Qazaxıstan ərazisində fəaliyyəti qadağan edilib. Təşkilat ABŞ, Rusiya, Çin, Misir, Liviya, Mərakeş, Tacikistan, Özbəkistan və bir sıra başqa ölkələrdə terror təşkilatlarının siyahısına daxil edilib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31