Türkiyə sərhədində gərginlik
Ötən gün Ege dənizində Türk və Yunan sərhədçiləri arasında gərginlik yaşanıb. Bir qrup yunan balıqçı qayığı Muğlanın Bodrum bölgəsinə bağlı olan Kardak Adaları bölgəsindən türk sahilinə çıxmağa cəhd ediblər.
21 Dekabr 2016 12:52 DünyaÖtən gün Ege dənizində Türk və Yunan sərhədçiləri arasında gərginlik yaşanıb. Bir qrup yunan balıqçı qayığı Muğlanın Bodrum bölgəsinə bağlı olan Kardak Adaları bölgəsindən türk sahilinə çıxmağa cəhd ediblər. Turgut Reis rayonunda isə sərhəddi pozublar. Hadisə yerinə Türkiyə Sahil Mühafizəsi sürətli qayıq göndərilib və havaya kəşfiyyat təyyarəsi qaldırılıb. Türk Sahil Mühafizə əməkdaşları sərhəddi pozan yunanları bölgəni tərk etməyə məcbur ediblər.
Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31