İran prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur"
"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur". Bunu Yerevanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib. “Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. Biz münaqişənin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq”,- deyə o vurğulayıb. H.Ruhani qeyd edib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir”.
21 Dekabr 2016 14:02 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolu yoxdur". Bunu Yerevanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib. "Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. Biz münaqişənin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq",- deyə o vurğulayıb. H.Ruhani qeyd edib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir".
Qeyd edək ki, dekabrın 21-də İslam Respublikasının prezidetni Ermənistana rəsmi səfər edib. Report.az