Nihat Zeybekçi: Səfirə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib

Rusiyanın Ankaradakı səfirinə sui-qəsd Türkiyə-Rusiya münasibətlərinin güclənməsinə qarşı yönəlib. Məlumata görə, bunu Bakıda jurnalistlərə Türkiyənin iqdisadiyyat naziri Nihat Zeybekçi deyib. Nazir qeyd edib ki, bu hadisənin arxasında dayananlar heç vaxt məqsədlərinə çatmayacaqlar. N.Zeybekçi əlavə edib ki, səfirin öldürülməsi Türkiyə və Rusiya arasında iqtisadi və siyasi münasibətlərinə təsir etməyəcək: "Tam əksinə, münasibətlərimizin daha da güclənəcəyini düşünürük".

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov dekabrın 19-da Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31