Suriyada türk hərbçilərə hücum: 3 ölü, 11 yaralı - YENİLƏNİB
Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 6 hərbçisi yaralanıb. Hərbçilərin yaralanmasının səbəbi hələlik məlum deyil.
21 Dekabr 2016 13:57 DünyaSuriyada terrorçular türk hərbçilərə hücum ediblər. "Haber 7" qəzetinin verdiyi məlumata görə, İŞİD terrorçularının hücumu nəticəsində 3 türk hərbçi ölüb, yaralıların sayı 11-ə çatıb. Trend.az
***
Suriyanın Əl-Bab bölgəsində Türkiyənin 6 hərbçisi yaralanıb. Hərbçilərin yaralanmasının səbəbi hələlik məlum deyil.
Məlumata görə, Türkiyə hərbçiləri Suriya Azadlıq Ordusuna dəstək verərək, Əl-Babın terrorçulardan təmizlənməsi əməliyyatını davam etdirirlər.
Xəbərdə bildirilib ki, yaralı hərbçilər Türkiyənin Kilis şəhərində dövlət xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriyada "Fırat Kalkanı" ("Fərat qalxanı") adı altında antiterror əməliyyatı keçirir. Dekabrın 21-də "Fırat Kalkanı" əməliyyatının 120-ci günüdür. Report.az