Gündəm
Hadisə Türkiyənin ən varlı ailəsinin oğlu ilə bu vəziyyətdə yaxalandı
Aslışah Alkoçlardan ayrılan Hakan Sabancının müğənni Hadisə ilə gizli-gizli görüşdüyü irəli sürülüb.
Türk diplomatın qızının intiharı ilə bağlı oxuduğu litseyin müəllimləri dindirilir - YENİLƏNİB
Azərbaycanda intihar edən türk diplomatının qızı, 15 yaşlı Şəvval Günlerin Bakı Türk Anadolu Litseyinin tələbəsi olduğu müəyyənləşib.
Səfirin qətlinin arxasında Fəthullah dayanır? – Kremldən ŞƏRH
“Səfirin qətlinin arxasında kimin dayandığına dair nəticələr çıxarmağa tələsmək lazım deyil”. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun fikirlərini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Ukrayna ordusu hücuma keçdi - MÜHARİBƏ
Ukrayna ordusu eyni zamanda bir neçə istiqamətdən “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı qurumun “qoşun”unun mövqelərinə hücum edib.
“Qadınlar da döyüşəcək” - Sarkisyandan Qarabağda müharibə mesajı
“Azərbaycanla silahlı konfliktin yenilənməsi mümkündür”. Bu barədə Ermənistanın müdafiə naziri Viqen Sarkisyan lenta.ru-ya müsahibəsində deyib.Onun sözlərinə görə, münaqişənin mümkün eskalasiyası Ermənistan üçün əlverişsizdir: “Müharibənin yenilənməsi Cənubi Qafqaz üçün ciddi təhlükə yaradacaq”. V. Sarkisyan dolayısı ilə etiraf edib ki, Ermənistan əhalisinin mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir.
Polis Berlindəkı terror hadisəsində şübhəli şəxsi saxladı
Polis ötən gün Almaniyanın paytaxtında baş vermiş terror hadisəsində şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə TASS-a istinadən məlumat verir. Lakin hüquq-mühafizə orqanlarından verilən məlumata görə, həmin şəxs hadisəni icra edən şəxs deyil.
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İdarə Heyəti sədrinin müavinləri təyin edilib
“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavinləri təyin edilib. Məlumata görə, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən Xaliq Məmmədov və Elşən Əsədov “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti sədrinin müavinləri təyin ediliblər. Apa.az
Peskov Rusiya və ABŞ münasibətləri haqda
Rusiya və ABŞ arasında hazırkı münasibətlər kəskin inamsızlıq səviyyəsi ilə xarakterizə olunur. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Türkiyədə Azərbaycan multikulturalizmi tədrisinin monitorinqi aparılıb
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) təsis olunduğu vaxtdan bəri yerli və xarici universitetlərdə Azərbaycan multikulturalizminin tədrisi layihəsini həyata keçirir. Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığının və onun davamlılığının təmin edilməsi, fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədilə hər semestrin sonunda BBMM-in müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
“Axtarışlar” jurnalının bu ilə olan son sayı işıq üzü görüb
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının bu ilə olan son nömrəsi işıq üzü görüb. Jurnalda AMEA Naxçıvan Bölməsinin, AMEA-nın Ədəbiyyat, Folklor, Dilçilik İnstitutlarının, Naxçıvan Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin və digər elm və təhsil müəssisələrində çalışan 40-a yaxın elm adamının müxtəlif səpkili mövzularda yazdıqları orijinal elmi məqalələr toplanılıb.
Dövlət Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir
2016-cı il dekabr ayının 20-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilmişdir.
Azay Quliyev seçiciləri ilə növbəti görüşünü keçirib
Millət vəkili Azay Quliyev YAP Binəqədi rayon təşkilatının binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
XİN Həsən Ruhaninin Ermənistan səfərinə münasibət bildirib
“İran müstəqil dövlətdir və bu səfər İran hökumətinin öz qərarıdır”. Bunu İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
İranın siyasəti onun gerçək islam dövləti olmadığının sübutudur
“İslam prinsipləri ilə idarə olunduğunu iddia edən bir ölkə hər hansı dövlətə münasibətdə müəyyən dərəcədə islam prinsiplərindən kənara çıxmamalıdır. Amma İranın Ermənistanla münasibətləri istisnadır”.
İran prezidentinin Ermənistana səfəri İslama ziddir
“İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərini heç də yaxşı qiymətləndirmirəm. Ona görə ki, islamda, islami dəyərlərdə təcavüzkar, əli insan qanına batan, insanlara zülm edən adamlar həmişə lənətləniblər”. Bunu millət vəkili Tahir Rzayev deyib.














