Ukrayna ordusu hücuma keçdi - MÜHARİBƏ

Ukrayna ordusu eyni zamanda bir neçə istiqamətdən “Luqansk Xalq Respublikası” (“LXR”) separatçı qurumun “qoşun”unun mövqelərinə hücum edib.

Ukrayna ordusu eyni zamanda bir neçə istiqamətdən "Luqansk Xalq Respublikası" ("LXR") separatçı qurumun "qoşun"unun mövqelərinə hücum edib. Bu haqda "LXR"in "xalq milisi"nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ukrayna ordusu qumbaraatanlar, minaatanlar və ağır atıcı silahlardan atəş açır. "Saat 11:00-a olan məlumata görə, vəziyyət gərgin olaraq qalır. Rəqibin Debaltsevoa istiqamətdən hücum cəhdləri dayanmır", - xəbərdə deyilir.

Qeyd edək ki, Ukraynanın şərqində vəziyyət iki gün əvvəl gərginləşib. Separatçı tərəfinin məlumatına görə, dekabrın 19-da gedən döyüşlərdə Ukrayna tərəfindən 10 hərbçi ölüb, 20-si yaralanıb.

Ukrayna tərəfi isə Svetlodarskda gedən döyüşlərdən sonra yeni strateji mövqeləri tutduğunu açıqlayıb. Anti-terror əməliyyatları qərargahından bildirilib ki, Ukrayna hərbçiləri rəqibin hücum cəhdinin qarşısını alaraq əks-hücuma keçiblər. Separatçıların hərbi əmlak və Rusiya istehsalı olan texnikanı döyüş meydanında qoyaraq qaçdığı deyilir. Svetlodarskda döyüşçülərdə Ukraynanın 5 hərbçisi həlak olub, 6-sı yaralanıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31