Türk diplomatın qızının intiharı ilə bağlı oxuduğu litseyin müəllimləri dindirilir - YENİLƏNİB

Azərbaycanda intihar edən türk diplomatının qızı, 15 yaşlı Şəvval Günlerin Bakı Türk Anadolu Litseyinin tələbəsi olduğu müəyyənləşib.

Azərbaycanda intihar edən türk diplomatının qızı, 15 yaşlı Şəvval Günlerin Bakı Türk Anadolu Litseyinin tələbəsi olduğu müəyyənləşib.

Litseyin direktoru Rəcəb Batur  açıqlamasında Şəvval Günlerin litseydə cəza aldığını təsdiqləyib: "Lakin biz düşünmürük ki, o, məktəbdə cəza aldığı üçün özünə qəsd edib. Ola bilər ki, ailəsində problemlər olub. Çünki Şəvval Günler bu ayın 8-i cəza alıb, üstündən neçə gün keçib. Bu zaman sual yaranır, o niyə indi intihar etsin?"

Direktor həmçinin qeyd edib ki, Şəvval Günler yaxşı oxuyan şagird olmayıb: "Qiymətləri aşağı idi. Çox böyük çevrəsi olan şagird deyildi, sakit uşaq kimi xarakterizə olunurdu".

Rəcəb Batur onu da qeyd edib ki, hazırda faktla bağlı başlanmış cinayət işi üzrə prokurorluq əməkdaşları litseyin müəllimlərinin ifadəsini alır. Apa.az

***

Bakıda intihar edən 15 yaşlı məktəblinin türk diplomatın qızı olduğu müəyyənləşib.

Nəsimi rayonu ərazisində yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar edən Günler Şəvvalın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində çalışır. (apa)

***

Bakıda intihar olub.

Hadisə Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.

İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb.

Onun bu səbəbdən intihar etdiyi bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.(apa)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31