Gündəm
"Azəravtoyol" ASC "Uğur" Milli Mükafatına layiq görülüb
"Azəravtoyol" ASC 2016-cı il ölkədə yol infrastrukturun yenidən qurulması və inkişafına verdiyi töhfələrə görə "Uğur" Milli Mükafatına layiq görülüb.
“Məhşər günü” yenidən səhnədə
Dekabrın 27 və 29 - da Azərbaycan Dövlət “Yuğ” Teatrı yazıçı-dramaturq Gela Dumbadzenin “Məhşər günü” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.
Berlində terror aktı törətməkdə şübhəli bilinən tunisli gənc axtarışa verilib
Almaniya polisi ötən gün paytaxt Berlində terror aktı törətməkdə şübhəli bilinən tunisli gənci axtarışa verib.
Bakı-Sumqayıt-Bakı istiqamətində gün ərzində 5000-dən artıq sərnişin daşınır
Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişin sıxlığı günbəgün artmaqdadır. 19 noyabr 2016-cı il tarixindən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləndən sonra sərnişin sıxlığı artan istiqamətdə davam edir. “OLAYLAR”-ın Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərəı görə, aparılan araşdırmalar göstərir ki, əgər əvvəllər gün ərzində 2500-3000 sərnişin daşınırdısa, noyabr ayının 19-dan etibarən gün ərzində daşınan sərnişinlərin sayı 5000-ni keçib.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib
Kiyevdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin İdarə Heyəti və regional təşkilat rəhbərlərinin toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “ OLAYLAR”-a bildirilib ki, tədbirdə Konqresin gələcək fəaliyyət proqramı müzakirə edilib, yeni inkişaf strategiyası, müasir tələblər nəzərə alınmaqla nizamnamədə edilən bir sıra dəyişikliklər açıqlanıb. Görüşdə iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Azərbaycanın dövlət strategiyasında milli diasporumuzun inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib.
Ordu quruculuğunda əldə edilmiş uğurlu nəticələr
Ölkənin müxtəlif bölgələrində hərbi vətənpərvərlik tədbirləri davam etdirilir. Tədbirlərə müxtəlif yaş kateqoriyalarına daxil olan insanlar cəlb edilir. Belə tədbirlərdən biri Lənkəran şəhər 7 saylı orta məktəbində baş tutub.
AHİK-in IV Məclisinin növbəti iclası keçirilib
Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV Məclisinin növbəti iclası keçirilib. İclasda AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev “Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin rolu” mövzusunda məruzə ilə çıxış edib. AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qorumaqdır: “Müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquq və azadlıqlarının etibarlı təminatları sisteminin yaradılmasını tələb edir.
Bakıda Türk Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib
Dekabrın 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərinin iqtisadiyyat nazirlərinin VI görüşü keçirilib. Artıq 2-ci dəfədir ki, Bakıda təşkil olunan tədbirə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan) 50-dən çox nümayəndəsi iştirak edib. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında iqtisadi əlaqələrə, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Rusiya: 2035-ci ilədək mümkün sosial-iqtisadi inkişaf ssenariləri
Şimal qonşumuzun analitik mərkəzləri ölkənin 20 illik inkişaf variantları ilə bağlı bir neçə hesabat-proqnoz sənədləri hazırlayıblar. Burada rəsmi, müstəqil və müxalif mövqeli analitik təşkilatların təhlilləri yer alıb. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi 3 transformasiya ssenarisini təqdim edib. Onların hər birində nəticələr bir qədər fərqlidir. Ancaq heç birində proqnozlar nikbin deyil. Ölkənin davamlı inkişaf xəttində qalacağı barədə də qənaət yoxdur. Keçmiş maliyyə naziri A.Kudrinin analitik mərkəzi isə bir qədər fərqli proqnozlar verib. Onlar İqtisadi İnkişaf Nazirliyindən fərqli olaraq, Rusiya iqtisadiyyatında köklü islahatları nəzərə almağa çalışıblar. Bu halda belə gəlinən nəticələr rəsmi orqanların verdikləri vədlərlə üst-üstə düşmür. A.Kudrinə görə, inkişaf templəri sürətli olmayacaq. Nəhayət, müxalif A.Navalnının analitik təşkilatı daha bədbin ssenari hazırlayıb. Orada Rusiyanın hələlik iqtisadi ziddiyyətlər içində qalacağı vurğulanır. Bütün bunlar böyük dövlət olan Rusiyanın yaxın gələcəyi ilə bağlı hansı nəticələri çıxarmağa imkan verir?
Osmaniyede zəlzələ
Bu gün Türkiyəninin Osmaniye vilayətində Rixter şkalası ilə 3.3 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin mərkəzi Osmaniye Tecirli Məhəlləsi rayonu müəyyən edilib . Zəlzələ yerin 14km dərinliyində baş verib. Dağıntı və tələfat qeydə alınmayıb. Xəbəri “Olaylar”ın Türkiyə bürosu yayıb.
Transmilli şirkətlər əmək qanunvericiliyini pozurlar
“Bu gün bizi narahat edən məsələlərdən biri transmilli şirkətlərdə çalışan azərbaycanlılara əcnəbilərə nisbətən xeyli az əmək haqqının verilməsidir”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-in IV Məclisinin növbəti iclasında deyib.
BNA yarandıqdan sonra avtobusların iştirakı ilə baş verən ölüm hadisələri 80% azalıb
Dünən Bakı Nəqliyyat Agentliyinin fəaliyyətə başlamasının 1 illiyi münasibətilə jurnalistlər üçün mətbuat konfransı keçirilib. Əvvəlcə agentliyin bir illik fəaliyyətinə həsr olunmuş videorolik nümayiş olunub. Daha sonra jurnalistlərə rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti barədə ətraflı məlumat verən Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli bildirib ki, dövlət başçısının 21 dekabr tarixli fərmanı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi ötən bir ildə Bakı şəhərində nəqliyyat sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi, sərnişinlər üçün beynəlxalq standartlara uyğun avtomobil nəqliyyatı xidmətinin təşkilinin genişləndirilməsi, avtomobil nəqliyyatı ilə sərnişin daşınması qaydalarına nəzarətin gücləndirilməsi, nəqliyyatın hərəkətinin tənzimlənməsi və bu sahədə islahatların davam etdirilməsi istiqamətində mühüm tədbirlərin icrasına başlayıb.
Proqnoz: Trampın yeni vergi siyasəti dolları daha 15% bahalaşdıracaq
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni vergi siyasəti dünya bazarında dolların 15% möhkəmlənməsi ilə nəticələnə bilər. Bu barədə Almaniyanın "Deutsche Bank"ının hesabatında məlumat verilib.
DƏHŞƏTLİ HADİSƏ: Ana uşağını atıb bara getdi, siçanlarsa övladının gözlərini yedi və...
Cənubi Afrikanın Cohannesburq şəhərinin Katlehonq bölgəsində qandonduran hadisə baş verib. Nəhəng siçovullar 3 aylıq qız uşağını diri-diri yeyərək öldürüb. Belə ki, həftəsonu 26 yaşlı ana əkiz uşaqlarından birini götürərək gecə bara yollanıb. Əkizlərdən digərini - 3 aylıq qız uşağını isə evdə tək qoyub. Məsuliyyətsiz ana gecə əyləncəsindən evə qayıdarkən körpəni nəhəng siçovullar tərəfindən parça-parça edilmiş halda görüb. Gəmirici siçanlar uşağın dilini, gözlərini və barmaqlarını yeyərək öldürüb. Ana fəryadlar içərisində qışqırmağa başlayıb. Evə toplaşan qonşulardan biri “bu qadın həbsdə çürüməlidir, analıq etməsinə yol vermək olmaz” sözlərini dilə gətirib. Qonşulardan biri isə “bu qadının ən çox sevdiyi şey gecə əyləncələrinə getməkdir” deyib. Məsuliyyətsiz ana ölümə səbəb olma ittihamı ilə həbs edilib. Gənc qadın gələcək il hakim qarşısına çıxacaq. Publika.az
İran Ermənistanla ticarət dövriyyəsini 220 milyon dollara çatdıracaq
İran və Ermənistan xarici ticarət dövriyyəsinin həcmini 220 milyon dollara çatdırmağı planlaşdırır. Məlumata görə, bu barədə Ermənistanın iqtisadi inkişaf və investisiyalar nazirinin müavini Ovanes Azizyan bildirib.














