AHİK-in IV Məclisinin növbəti iclası keçirilib
Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV Məclisinin növbəti iclası keçirilib. İclasda AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev “Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin rolu” mövzusunda məruzə ilə çıxış edib. AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qorumaqdır: “Müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquq və azadlıqlarının etibarlı təminatları sisteminin yaradılmasını tələb edir.
21 Dekabr 2016 15:33 SosialSəttar Mehbalıyev: "AHİK sosial-əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərir"
Dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV Məclisinin növbəti iclası keçirilib. İclasda AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev "Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin rolu" mövzusunda məruzə ilə çıxış edib. AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qorumaqdır: "Müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquq və azadlıqlarının etibarlı təminatları sisteminin yaradılmasını tələb edir. Hər bir dövlətdə insan hüquqlarının təminatına yönələn nə qədər çox müdafiə mexanizmi yaradılarsa, həmin cəmiyyətdə humanizm və ümumbəşəri dəyərlərə hörmət də bir o qədər yüksək olar. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu siyasətin reallaşması sahəsində fəaliyyəti "Həmkarlar ittifaqları haqqında" Qanunla tənzimlənən AHİK-in də üzərinə mühüm vəzifələr düşür. Son 10 il ərzində Qanuna 38 dəyişikliyin edilməsi həmkarlar ittifaqlarının daha da gücləndirilməsinə, üzvlərimizin hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsinə təkan verib, fəaliyyətimizdə pozitiv dəyişikliklərə yol açıb. Bütün bunların məntiqi davamı kimi, yeni prioritetlər nəzərə alınmaqla, hüquq-müdafiə sisteminin, qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində mühüm vəzifələr müəyyənləşdirilib. Biz inamla deyə bilərik ki, bu gün AHİK cəmiyyətdə özünəməxsus yer tutur, apardığı uğurlu sosial siyasət sayəsində böyük nüfuz, beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı səmərəli fəaliyyətinə görə yüksək etimad qazanıb. AHİK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının tərkibində vitse-prezident səviyyəsində təmsil edilir. Hazırda dünyanın 40 milli həmkarlar ittifaqı mərkəzi ilə əlaqə saxlayır, 5 beynəlxalq təşkilatın işində iştirak edərək əməkdaşlıq əlaqələrini getdikcə möhkəmləndiririk. Beynəlxalq əlaqələrimizin yüksək səviyyədə qurulmasının əsas səbəbi tərəfdaşlarımızla eyni amala - işçilərin əmək hüquqlarının və sosial-iqtisadi mənafelərinin müdafiəsinə dönmədən xidmət etməyimizdir". S.Mehbalıyev əlavə edib ki, ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində AHİK-in fəal iştirakı sosial-əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərir. Əməyin hüquq müfəttişləri də qanun layihələrinin işlənib hazırlanmasında iştirak edir, rəy və təklif verirlər. AHİK sədri bildirib ki, Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin səlahiyyətləri "Həmkarlar ittifaqları haqqında" qanuna, sahə həmkarlar ittifaqı respublika komitələrinin nizamnamələrinə və "Azərbaycan həmkarlar ittifaqlarında hüquq müfəttişliyi haqqında" Əsasnaməyə uyğun olaraq müəyyən edilib. S.Mehbalıyev vurğulayıb ki, təkcə son üç il ərzində əməyin hüquq müfəttişləri tərəfindən sahə həmkarlar ittifaqlarında ümumilikdə 551 monitorinq və araşdırma aparılıb: "Nəticələr icra orqanlarının iclaslarında müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilib və aidiyyəti təsərrüfat orqanlarına, işəgötürənlərə məlumat verilib. Əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanmasına və onlara xitam verilməsinə, işçilərin iş vaxtının uçotunun düzgün aparılmasına, işçilərin istirahət vaxtlarına, o cümlədən onların məzuniyyət hüquqlarının təmin olunmasına, habelə əlillərə, yaşı 18-dən az olan işçilərə, qadınlara verilən əlavə məzuniyyət günlərinin, imtiyazların qanunvericiliyə uyğunluğuna xüsusi diqqət yetirilib".Onun sözlərinə görə, son üç ildə AHİK-in Hüquq şöbəsi tərəfindən 26 normativ-hüquqi akt layihəsinə təkliflər verilib və həmin təkliflərin əksəriyyəti nəzərə alınıb. S.Mehbalıyev qeyd edib ki, AHİK-in hüquq müfəttişlərinin əsas vəzifələrindən biri də işçinin hüquqlarını qorumaq üçün məhkəmə instansiyalarında iştirak etməkdir: "Son 3 il ərzində hüquq müfəttişlərimiz 40 halda məhkəmədə iddia qaldırıblar. Onlardan 23-ü işçinin işə bərpa edilməsi ilə nəticələnib. Həmkarlar ittifaqlarının mülkiyyət hüquqlarının pozulmasına da tez-tez rast gəlinir. AHİK-in və üzv təşkilatlarının, onun tabeliyində olan təşkilatların əmlakının və daimi istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən qeyri-qanuni zəbt edilməsi ilə əlaqədar son illər ərzində 9 mülki, 9 inzibati iş ilə bağlı bütün məhkəmə instansiyalarında hüquqlarımız qorunub. 16 iş üzrə Ali Məhkəmə tərəfindən AHİK-in xeyrinə yekun qərarlar qəbul olunub. Digər iki iş üzrə məhkəmə prosesləri davam edir". O əlavə edib ki, həmkarlar ittifaqı təşkilatlarına son 3 il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı 36 007 ərizə və şikayət daxil olub: "Bunlardan 9912-si əmək qanunvericiliyi ilə, o cümlədən 2350-si işə bərpa ilə bağlı olub və 872 nəfər işə bərpa edilib. Yoxlamalar zamanı aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə təqdimatlar göndərilib, lazımi göstəriş və tövsiyələr verilib. Görülmüş tədbirlər barədə müəssisə rəhbərləri, müvafiq nazirliklər və respublika komitələri məlumatlandırılıb. Qarşıda duran məqsədlərə çatmaq üçün bütün imkanlardan dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi davamlı inkişaf və cəmiyyətin siyasi sabitliyi üçün hüquqi təminata zəmin yaradır. AHİK də belə bir şəraitdə özünün müəyyənləşdirdiyi əsas istiqamətlərin həyata keçirilməsi sahəsində var qüvvəsini sərf edəcək". Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev qeyd edib ki, bu il Azərbaycan üçün həm əlamətdar, həm də çətin il olub: "Bu il Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edib. Dünyaya sübut edib ki, Azərbaycan müstəqil dövlət kimi sosial və iqtisadi inkişafı təmin edə bilib. Sözsüs ki, bu naliyyətlərdə həmkarlar təşkilatlarının da böyük rolu var. Digər tərəfdən, bu il sosial-iqtisadi baxımdan çətin il oldu. Beynəlxalq alımdə baş verən iqtisadi proseslər Azərbaycana da təsirsiz ötüşmədi. Lakin dünyada qlobal iqtisadi proseslər günişlənsə də ölkmiz dinamik inkişafını davam etdirdi. Sevindirici haldır ki, Azərbaycan qlobal maliyyə böhranının təsirini azaltmaq imkanına malikdir. Şübhəsiz ki, yeni iqtisadi islahat proqramı ilə ölkəmiz böhranı dövrünü geridə qoyacaq". İclasda təşkilati məsələlərə baxılaraq AHİK Məclis üzvlərinin tərkibində dəyişiklik edilib. Sonra AHİK-in elan etdiyi əmək, təhsil və ictimai fəaliyyətdə naliyyətlərinə görə "İlin peşəkar gənci" müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Alim