Gündəm

Çağrı Mərkəzinə 5115 zəng daxil olub

21 Dekabr 2016 16:27

2016-cı ilin noyabr ayı ərzində Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olmuş 15470 zəng üzrə 16925 sual cavablandırılıb və səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 5115 zəng daxil olub. Bu barədə “Olaylar”a nazirliyin Analitik-informasiya şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara 188256 SMS göndərilib. Vergi ödəyicilərinin istəyi ilə İkitərəfli mesaj xidmətinin istifadəçilərinə 98717 SMS göndərilib. Cari ilin noyabr ayında Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 364578 daxilolma qeydə alınıb.Vergi ödəyicilərinə xidmət strukturlarında qəbul edilmiş vergi ödəyicilərinin sayı 47126 nəfər, göstərilmiş xidmətlərin sayı isə 82500 olub. 2016-cı ilin 1 dekabr tarixinə ergi ödəyicilərinə ümumilikdə 251012, o cümlədən noyabr ayında 5605 sayda ASAN İmza sertifikatı verilib.

Üç xarici şirkət Azərbaycan bazarını tərk etdi

21 Dekabr 2016 16:26

Üç xarici Azərbaycandakı nümayəndəliyini bağlayıb. Bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında məlumat verilib. Məlumata görə, "Black Gold International Oil FZCO" şirkəti, "CBC Polska" MMC və "Ex Libris Polska" MMC ölkəmizdəki nümayəndəliklərinin ləğv olunduğunu elan ediblər.

İŞİD Rusiyanın Bakıdakı səfirliyini hədəfə aldı

21 Dekabr 2016 16:23

İŞİD qəddar terror qruplaşması Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun güllələnməsindən sonra bu ölkənin başqa yerlərdəki səfirliklərinin də hədəfə alınacağını elan edib.

Türkiyədən türkdilli ölkələrə TƏKLİF - Ticarətdə milli valyutalara keçilsin

21 Dekabr 2016 16:19

Türkdilli ölkələr ticarətdə milli valyutaların istifadəsinə keçməlidir. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

İran idmançılarını Türkiyəyə buraxmadı

21 Dekabr 2016 16:14

İranın Gənclər və İdman Nazirliyi idmançıların və idman komandalarının təhlükəsizlik baxımından Türkiyəyə səfərlərini dayandırıb.

Türkiyə ordusu Əl Baba girdi

21 Dekabr 2016 16:13

Türkiyə ordusu “Fərat Qalxanı” hərəkatı çərçivəsində kritik bölgə olan Əl Baba girib. Publika.az xəbər verir ki, bu haqda “Millyyət” nəşri yazıb. Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, hazırda Əl Babda şiddətli döyüşlər gedir.

Rusiya vətəndaşlarının üzərində 120 min ABŞ dolları aşkar olunub 

21 Dekabr 2016 16:10

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

AMEA-da birgə elmi sessiyası keçirilib

21 Dekabr 2016 16:09

Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilib. Akademiyanın Əsas binasında təşkil olunmuş tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Bildirib ki, elmi sessiyanın məqsədi Azərbaycanda elmlə təhsilin inteqrasiyası istiqamətində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələri müzakirə etməkdir.

Azərbaycanlı müğənni: “Bu gün tezliklə bitsin”

21 Dekabr 2016 16:08

Müğənni Yaşar Cəlilov 27 yaşını qeyd edir. Son illər tamaşaçı və dinləyici  sevgisi qazanan gənc müğənni heç də yüksək əhval-ruhiyyədə olmadığını etiraf etdi. O, Olaylar.az-a açıqlamasında bu günün tez bitməsini istədiyini bildirdi: “Ad günüm xoşuma gəlmədi. Heç yaxşı keçirmədim. İlk anında bitməsini diləyirəm, bu gün tezliklə bitsin. İstəmirəm belə ad günü. Yəqin ki, sonuncu ad günü  olar mənim üçün. Hər il təbriklərin, təbrik edən  insanların sayı çoxları. Amma əzizlər, doğmalar yavaş-yavaş azalır, aralarında çox yaxşıları qalır ancaq”.

Üzərində 610 qram qızıl-zinət əşyaları aşkar edildi

21 Dekabr 2016 16:05

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Azərbaycan Respublikası istiqamətindən Rusiya Federasiyası istiqamətinə gedən Rusiya Federasiyası vətəndaşının üzərində yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, aparılmış şəxsi yoxlama zamanı onun üzərindən – əynindəki gödəkçənin ciblərindən gömrük nəzarəti zamanı bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Səfirin qətlinin sifarişçiləri bəlli oldu

21 Dekabr 2016 16:02

Rusiyanın Ankaradakı səfiri Andrey Karlova təşkil olunan sui-qəsdə görə "Ceyş əl-Fəth" ("Cəbhət-əl-Nusra") təşkilatı məsuliyyəti öz üzərinə götürüb.

Azərbaycan diasporu həyatını itirən Rusiya səfirinin xatirəsini yad edib

21 Dekabr 2016 15:58

Azərbaycan diaspor nümayəndələri tərəfindən Rusiya XİN qarşısında Ankarada terrorçu tərəfindən güllənərək həyatını itirən Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun xatirəsi anılıb . “OLAYLAR”-ın xəbərinə görə, Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı fondunun və Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyasinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan, Türkiyə diasporlarının, eləcə də Rusiya ictimaiyyətinin nümayəndələri Ankarada dünyasını dəyişən səfirin xatirəsini yad etmək məqsədilə Rusiya XİN qarşısına toplaşıblar. XİN önünə gül dəstələri qoyub, dünyasını dəyişən səfirin ruhuna dualar oxunub. İştirakçılar birlik nümayiş etdirərək, terror aktını qətiyyətlə pisləyiblər, cinayətkarların ən sərt qanunlarla cəzalandırılmasını tələb ediblər. Çıxış edənlər Azərbaycanın və Rusiyanın da Türkiyə kimi terrordan əziyyət çəkən bir ölkə olduğunu, terror dəhşətinin nə dininin, nə də millətinin olmadığını vurğulayıblar, bu çətin və ağrılı günlərdə bütün Azərbaycan Rusiya və Türkiyə xalqının bir olmağa səsləyiblər .

Müəllim və valideynlərin müraciətlərinə baxılacaq

21 Dekabr 2016 15:57

Dekabrın 23-də paytaxtın Nərimanov və Nizami rayonları üzrə səyyar qəbul keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı Məktəb Lisey Kompleksində (Ünvan: F. Xoyski küçəsi 78) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.

Qala-Pirallahı yolunun 22-23-cü km-lik hissəsi yenidən qurulur 

21 Dekabr 2016 15:58

Qala-Pirallahı avtomobil yolunun 22-cü km-dən Pirallahı körpüsünə qədər olan 1 km yanaşma yolu yenidən qurulur.

Teleaparıcı Yeni ilə hazırdır

21 Dekabr 2016 15:56

Şəkillərdən kifayət qədər arıqladığı görünən xanım aparıcı mütəmadi olaraq idman etdiyini bildirib: “Bəli, kifayət qədər arıqlamışam. Sirrimi oxuculara açacağam. Mən 3 ildir ki, peşəkar şəkildə idmanla məşğul oluram. Həmçinin çalışıram ki, idmançı pəhrizi saxlayım. Düzdür, idmançı olmağa hazırlaşmasam da, sağlamlığım və gözəlliyim üçün bu çox önəmlidir. Şəkillərim isə “Orxan Heydərov Studio”da lentə alınıb. Buna görə onlara təşəkkür edirəm”. Olaylar.az