Qala-Pirallahı yolunun 22-23-cü km-lik hissəsi yenidən qurulur 

Qala-Pirallahı avtomobil yolunun 22-cü km-dən Pirallahı körpüsünə qədər olan 1 km yanaşma yolu yenidən qurulur.

Qala-Pirallahı avtomobil yolunun 22-cü km-dən Pirallahı körpüsünə qədər olan 1 km yanaşma yolu yenidən qurulur. "OLAYLAR"-ın xəbərinə görə,"Azəravtoyol" ASC tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilir. Bunun üçün 25 metr enində yeni yol yatağı inşa olunur. Bundan başqa mövcud yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, əvəzinə karbonat materialı tökülərək kipləşdirilir. "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən sözügedən hissədə yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Yolun hərəkət hissəsinin eni16 metr təşkil edəcək. Vətəndaşların normal və təhlükəziz hərəkəti üçün hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkiləri inşa olunacaq, həmçinin 2-3 metr enində ayrıcı zolaq da qurulacaq. Ümumilikdə 3300 m2 metr piyada səkisi tikiləcək, səkilərin və yol ayrıcının kənarlarına isə 6350 paqon-metr səki daşı düzüləcək. Yol boyu müasir işıqlandırma sisteminin qaraşdırılması da planlaşdırılır. Layihəyə əsasən kommunikasiya xətlərinin yolun altından keçirilməsi üçün 14 yerdə müxtəlif diametrli borular, 10 ədəd kommunikasiya lyukları, bundan başqa yağış sularının yoldan kənarlaşdırılmasını təmin etmək üçün isə 10 ədəd yağış barmaqlığı qoyulacaq. Həmçinin yol boyu480 metr uzunluğunda yeni istinad divarı inşa ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31