Gündəm
Səfirə sui-qəsdin şifrələri: ABŞ, Avropa İttifaqı, yoxsa İran?
Türkiyə XİN Azərbaycana təşəkkür etdi
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər nazirinin müavini (müstəşar) Ümit Yalçını qəbul edib.
Yeni ittifaq yaradıla bilər - Türkdilli Ölkələrin İqtisadi İttifaqı
Türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün iqtisadi ittifaq yaratmaq, azad ticarət rejiminə keçmək və gömrük güzəştlərini artırmaq lazımdır.
Putin öldürülən səfirə Milli Qəhrəman adı verdi
Rusiya prezidenti Vladimir Putin Ankarada öldürülən səfir Andrey Karlova Rusiya Qəhrəmanı adını verib.
Dövlət Duması rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib
Rusiya Dövlət Dumasının deputatları ölkə xaricində olan rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib və bütün ölkələrin parlamentlərini terrorla səmərəli mübarizə aparmaq üçün birləşməyə çağırıb.
FHN: Texniki rəy alınmadan qurulan çadırlar sökülür
“Bayram yarmarkalarını təşkil edənlərFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müraciət edib, onlardan texniki rəy almalıdırlar”.
ABŞ suveren ərazilərini Yaponiya verir?!- QƏRAR
Amerikalı hərbçilər bəyan ediblər ki, onlar hərbi təlimlər məqsədi ilə istifadə etdikləri ərazini Yaponiya geri qaytarmağa hazırdırlar. Belə ki, dörd min hektarlıq ərazi dekabrın 22-də rəsmi şəkildə geri qaytarılacaq.
İranın Türkiyədəki baş konsulluqlarının bağlanması müddəti uzadılıb
İranın Türkiyədəki baş konsulluqlarının bağlanması müddəti uzadılıb. SİA İran mətbuatına istinadən xəbər verir ki, ölkənin İstanbul, Ərzurum və Trabzon şəhərlərindəki baş konsulluqları dekabrın 20-dən bağlanıb.
Xədicə İsmayıldan Oqtay Gülalıyevə “hakimiyyətə işləyirsən” İTTİHAMI - ANALİZ
“Azadlıq” radiosunun Bakı ofisinin sabiq əməkdaşı Xədicə İsmayılın son zamanlar AXCP sədri Əli Kərimlinin ətrafında toplaşan şəxslərə qarşı ittihamları bu dəfə “Kür Vətəndaş Cəmiyyəti”nin sədri, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Oqtay Gülalıyev tərəfə istiqamətlənib. Xüsusilə, “siyasi məhbus” məsələsi ətrafında cərəyan edən hadisələr fonundakı bənzər hadisələrin ardınca O.Gülalıyevin hədəfə alınması isə əbəs deyil. Məsələ ondadır ki, yaxın vaxtlarda onun QHT-i Ədliyyə Nazlirliyi tərəfindən qeydiyyata alınıb və bu amil X.İsmayılın ona qarşı “hakimiyyətə işləyirsən” suçlamasına stimul verib.
Rusiya Tacikistanla hava yolunu bağladı- RƏSMİ BƏYANAT
Bu gün gecə saatlarından etibarən Rusiya ilə Tacikistan arasında sərnişin təyyarələrinin uçuşu bağlanacaq. Buna səbəb Moskva ətrafında yeni istifadəyə verilmiş Jukovsk aeroportu ilə bağlı yaranmış mübahisəli vəziyyət olub. Rusiyanın nəqliyyat nazirliyinin rəsmi açıqlamasına görə, ölkələr arasında hava yolu Moskva vaxtı ilə saat 00:00-dan bağlanacaq.
İnanılmaz: Saxaraya qar yağdı
Son 37 ildə ilk dəfə Afrikanın Saxara səhrasına qar yağıb. Əlcəzairin şəhərində fotoçəkilişlər aparan həvəskar-fotoqrafKərim Buşettatın sözlərinə görə, qar 1 gün qalıb, sonra əriyib. Buşettatın çəkdiyi fotolarda səhranın qırmızı-sarı qumları üzərində nazik qar təbəqəsi görsənir. Trend.az
Yaxın və uzaq tarixi unudan İran
İran ənənəsinə sadiq qalaraq yenə Azərbaycana xəyanət yolunu seçdi. İslam Respublikasında son prezident seçkilərində dövlət başçısı seçilən Həsən Ruhaninin hakimiyyətinin ilk aylarında öz mövqelərini möhkəmləndirmək, Qərblə münasibətlərini daha da istiləşdirmək məqsədilə bir növ vasitəçi axtarmaq ümidi ilə Azərbaycanla daha sıx təmasa keçməsi, rəsmi Bakıya yarınmaq məqsədilə bəzi gedişlər etməsi belə bir qənaət formalaşdırmışdı ki, artıq Tehran bu vaxta qədər yol verdiyi iri və xırda xətalarının fərqinə varıb.
Akademik Rasim Əliquliyev AMEA və Təhsil Nazirliyinin birgə elmi sessiyasında çıxış edib
Dekabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyasında AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev "Elm vətəhsilin inteqrasiyasında informasiya-kommunikasiya texnologiyalarının rolu vəperspektivləri" mövzusunda məruzə ilə çıxış edib.
İran vətəndaşından psixotrop maddə götürülüb
Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına sərnişin avtobusu ilə gələn İran vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı həmin şəxsin üzərində gömrük nəzarətindən gizlədilmiş 2 ədəd bükümdə, xalis çəkisi 1,947 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunaraq götürülüb. Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.














