Gündəm
Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Terror təhlükəsi ilə əlaqədar Şengen Məlumat Sistemi təkmilləşdiriləcək
Avropa Komissiyası Şengen Məlumat Sisteminin əməliyyat səmərəliliyi və effektliliyini gücləndirməyi təklif edib.
Dəhşətli görüntülər: Ata-ana qızlarına bomba bağlayıb, ölümə yolladılar - VİDEO
Suriyada yeddi yaşlı qızları ilə vidalaşdıqdan sonra onu özünü partlatması üçün polis məntəqəsinə göndərən valideynlərin görüntüsü internetdə yayılıb. Video görüntüdə azyaşlının atası və anası ilə vidalaşması əks olunub. Üzərinə bomba yerləşdirilən qız daha sonra özünü polis məntəqəsində partladıb.
Suriyadakı vəhşəti ifadə edən- VİDEO
Sərhədçilər tərəfindən tapılan uşaq Suriyada yaşanan insanlıq dramı davam edir. Sosial şəbəkələrdə Türkiyə sərhədinə pənah gətirən azyaşlı uşağın görüntüləri yayılıb. Əlləri və ayaqları soyuqdan titrəyən uşaq sərhədçilər tərəfindən aşkar edilib. Axar.az
Qüdrət Həsənquliyev: “İrandakı molla rejiminin özünü ifşa etməsi hər mənada Azərbaycanın maraqlarına uyğundur”
“İran prezidentinin Ermənistana səfəri gözlənilən idi. Çünki İrandakı molla rejimi yanlış olaraq Azərbaycanın güclü, demokratik, müstəqil, problemsiz bir ölkə olmasını özünün ərazi bütövlüyünə, daxildəki sabitliyinə, ümumiyyətlə, rejimə təhlükə sayır”.
Rusiyanın Ermənistandakı hərbi bazasında törədilən 8 milyon dollarlıq fırıldağın üstü açılıb
Rusiyanın Ermənistandakı 102 saylı hərbi hissəsi üçün ərzaq məhsullarının alınması zamanı 7 milyon 600 min dollardan (470 milyon rubl) çox dələduzluq edilib.
"Nardaran işi": Təqsirləndirilənlərin prosesdə iştirakı barədə vəsatət təmin edilməyib -YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mübariz Əhmədoğlu: MDB məkanında rus dilinin yayılmasına Rusiyanın münasibəti siyasiləşmiş yanaşmadır
MDB məkanında rus dilinin inkişafı və rusdilli əhali Kremlin əlində həmin dövlətlərə qarşı siyasi vasitələrdən biridir. Rus dilinə və rus dilli əhaliyə qarşı olan təzyiqlər şantaj vasitəsi kimi həmin əhalinin yerləşdiyi dövlətə qarşı yönələ bilir. Amma bu, tam möhkəmlənmiş mövqe deyil, Kremlin ikili standartıdır.
Zərərçəkmiş: “Akif Çovdarov məni hədələdi, ona 300 min manat verdim” - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi məhkəmə prosesi günü ikinci yarısında davam etdirilib.
Rusiya səfirini öldürən terrorçu belə məhv edildi - TAM TƏFƏRRÜAT
2 gün əvvəl Ankaradakı sərgi salonunda Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi olayı ilə bağlı yeni faktlar üzə çıxıb. Lent.az-a istinadən bildirir ki, sözcü.com.tr Andrey Karlovun qatilinin necə öldürüldüyü prokurorluqdakı qaynaqlardan öyrənib.
Əli Həsənov: "Ermənilərin saxtakarlığını üzə çıxarmaq üçün çox iş görməliyik"
"Bu gün böyük geosiyasi dairələr yeni müstəqillik qazanmış ölkələrin dünyada təbliğinə bilərəkdən çətinliklər yaradırlar ki, bu ölkələrin tarixi saxtalaşdırılsın". SİA-nın xəbərinə görə bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi “İrəvan - gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimində çıxış edərkən deyib.
Rusiyada 62 dərəcə şaxta qeydə alınıb
Rusiyanın Xantı-Mansiysk bölgəsində 62 dərəcə şaxta qeydə alınıb. Bu barədə regionun ictimai və xarici əlaqələr departamentinin rəhbəri Yelena Şumakova bildirib.
Komitə sədri: “Müsəlman ölkələrindən İŞİD-ə ən az qoşulanlar azərbaycanlılardır”
"Müsəlman ölkələrindən İŞİD terror qruplaşmasına qoşulanlar arasında ən az azərbaycanlılardır".
Vidadi Zeynalov: "Pullar Əli Abbasovun göstərişi ilə ayrılırdı" - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
4 şifrəli telefon – səfirin qətlini kim sifariş verib?
Rusiya səfiri Andrey Karlovu qətlə yetirən Mevlüt Mert Altıntaın bağlantılarını ortaya çıxaracaq cib telefonu polislər tərəfindən araşdırılır. Telefon 4 ayrı şifrəyə malikdir. Mütəxəssislərin hazırda şifrələri qırmaq üçün çalışdığı deyilir. Ehtimallara görə, bu şifrələr qırılarsa, səfirin qətlini əslində, kimin sifariş verdiyi ortaya çıxacaq. Publika.az














