Terror təhlükəsi ilə əlaqədar Şengen Məlumat Sistemi təkmilləşdiriləcək

Avropa Komissiyası Şengen Məlumat Sisteminin əməliyyat səmərəliliyi və effektliliyini gücləndirməyi təklif edib.   

Avropa Komissiyası Şengen Məlumat Sisteminin əməliyyat səmərəliliyi və effektliliyini gücləndirməyi təklif edib. Məlumata görə, qurumun yaydığı bəyanata bildirilir ki, bu addımın məqsədi terrorizm və transsərhəd cinayətkarlığına qarşı mübarizəni gücləndirməkdir. 
 
Bu təklif Avropa Komissiyasının prezidenti Jan Klod Yunkerin üzv ölkələrin nümayəndələri qarşısında çıxışı  zamanı səsləndirdiyi davamlı təhlükəsizlik birliyinin yaradılmasına nail olmaq niyyətinin bir hissəsidir. Təklif edilən təkmilləşdirmələr terrorçuluq və transsərhəd cinayətkarlığa qarşı mübarizəni, sərhəd və miqrasiya idarəçiliyi və avropalıların təhlükəsizliyini artırmaq üçün üzv ölkələr arasında effektiv informasiya mübadiləsinin təmin edəcək. 
 
"Şengen Məlumat Sistemi Avropanın daxili təhlükəsizliyinin özəyindədir. Bugünkü tədbirlər mühüm texniki və əməliyyat təkmilləşdirmələri ortaya  qoyacaq. Bu da öz növbəsində bizə zərər vermək istəyənləri tez bir zamanda aşkarlamaq imkanı verəcək. Bu, həmçinin üzv ölkələr və müvafiq Aİ agentlikləri arasında əməkdaşlıq və məlumat mübadiləsini  yaxşılaşdıracaq", - deyə Avropa İttifaqının komissarı Yulian Kinq söyləyib. 
 
Qeyd edək ki, təkcə 2015-ci ildə 2,9 milyard müraciətin göndərildiyi Şengen Məlumat Sistemi Avropada sərhəd idarəçiliyi və təhlükəsizliyə dair ən geniş istifadə olunan məlumat mübadiləsi sistemidir.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31