Gündəm
Yol qəzasında sürücünün qızı ölüb, özü xəstəxanalıq olub
Dekabrın 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24" markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAz" markalı avtomobilə vurub. DİN-dən verilən məlumata görə, nəticədə F.Cahangirovun sərnişini - qızı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Evdən pul və qızıl aparan tutulub
Dekabrın 17-də rayon sakini Dəyanət Həşimovun evindən pul və qızıl əşyalar oğurlanıb. DİN-dən verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Vüsal Həşimli tutulub. Araşdırma aparılır.
Həmyerlisindən zorla pul alan ruhi xəstə saxlanıb
Dekabrın 20-də Salyan şəhər sakini Dadaş Dadaşova zor tətbiq etməklə 25 manat pulu alınıb. DİN-dən verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi, ruhi xəstə, əvvəllər məhkum olunmuş Ərəstun Qafarov tutulub.
18000 ədəd partlayıcı oyuncaq götürülüb
"Evli iş adamı bir gecə üçün 200 min təklif etdi"
Model Cansu Taşkın "Renkli sayfalar" proqramında gözlənilməz etiraf edib. Cansu məşhur bir evli iş adamının ona reklam üçün sevgi münasibəti yaşamağı təklif etdiyini bildirib. O, modelə 200 min lirə (təxminən 100 min manat) təqdim edib.
Dram Teatrında bayram tamaşaları
Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirəcək.Dekabrın 24-dən yanvarın 4-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim olunacaq. “Buzlar ölkəsində” nağıl-tamaşası Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanıb. Tamaşanın rejissoru gənc rejissor Əlif Cahangirlidir. Səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov. Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova çıxış edəcəklər.
Uşaq Filarmoniyası Yeni il bayramına həsr olunmuş konsert tədbiri keçirib
20 dekabr Azərbaycan Dövlət Uşaq FilarmoniyasıAzərbaycanDövlət Musiqili Teatrının səhnəsində “Yeni il” adlı konsert tədbiri keçirtdi. Uşaq Filarmoniyasının gənc istedadları bir-birindən maraqlı çıxışları, rəngarəng, geniş konsert proqramı ilə bu dəfə də tamaşaçıların diqqətini cəlb edə bildilər.
Nizami Kino Mərkəzində Vilyam Şekspirin “On ikinci gecə”-si
Dekabrın 26-da Nizami Kino Mərkəzi British Council Azərbaycan və Cool Connections şirkəti ilə birgə şəhər sakinlərinə dahi Vilyam Şekspirin “On ikinci gecə” pyes- komediyası əsasında qurulmuş tamaşasını rus dilində alt yazılarla təqdim edəcək. Tamaşanın rejissoru Tim Karroldur. Yaş həddi :16+
Şəkinin daha bir kəndinə təbii qaz verilib
Şəkinin ucqar yaşayış məntəqələrindən olan Qayabaşı kəndinə uzun illər fasilədən sonra təbii qaz verilib. “OLAYLAR”-ın xəbərinə görə, 385 abonenti olan kəndin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 2 min 217 metr uzunluğunda polietilen və 28 min 606 metr uzunluqda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Xaricdə mütəxəssislətin hazırlanması üzrə Komissiyanın növbəti iclası keçirilib
SOCAR-ın xaricdə mütəxəssislərin hazırlanması üzrə Təqaüd Proqramı Komissiyasının növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda SOCAR-ın Xarici Təqaüd Proqramı çərçivəsində dünyanın qabaqcıl universitetlərində neft, mexanika, geologiya mühəndisliyi və enerji sənayesinin idarə edilməsi ixtisasları üzrə magistr təhsilini başa vurmuş 4 nəfər məzunun hesabat xarakterli təqdimatları dinlənilib.
Dini radikalizm və onun fəsadları müzakirə edilib
Dekabrın 21-də DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsi və Qubadlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Hafiz Quliyev adına Çaytumas məktəb-liseyində “Dini radikalizm və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, Qubadlı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elşən Qəhrəmanov, məktəbin direktoru Şamama Həsənova, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan E.Qəhrəmanov çıxış edərək bildirib ki, Azərbaycanda müxtəlif etnik və dini qruplar sülh şəraitində birgə yaşayırlar. Ayrı-ayrı etiqad və inanclara malik insanların yüz illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanılmasında xalqımıza xas olan milli-mənəvi dəyərlər əhəmiyyətli rol oynayıb.
Nəqliyyat-yol infrastrukturunun təkmilləşdirilməsi dövlətin diqqət mərkəzindədir
“Bazar iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı prioritet məsələlərdəndir. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılır”.
“İrəvan - gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə istehsal etdiyi “İrəvan - gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, millət vəkilləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
İstirahət mərkəzində sevgilisini öldürən şəxsə 18 il HƏBS
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İdman mütəxəssislərinə Prezident təqaüdü və fəxri ad verildi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycanın idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.














