Dram Teatrında bayram tamaşaları

Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirəcək.Dekabrın 24-dən yanvarın 4-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim olunacaq. “Buzlar ölkəsində” nağıl-tamaşası Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanıb. Tamaşanın rejissoru gənc rejissor Əlif Cahangirlidir. Səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov. Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova çıxış edəcəklər.

Akademik Milli Dram Teatrının kollektivi ənənəvi olaraq bu il də Yeni il şənlikləri və bayram tamaşası ilə azyaşlıları sevindirəcək.Dekabrın 24-dən yanvarın 4-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim olunacaq. "Buzlar ölkəsində" nağıl-tamaşası Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanıb. Tamaşanın rejissoru gənc rejissor Əlif Cahangirlidir. Səhnə əsərində əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov. Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova çıxış edəcəklər.

Tamaşa Qar qızın xilası üzərində qurulub, xeyrin şər üzərində qələbəsi ilə başa çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31