Gündəm
Planetin asteroidlərdən qorunması üçün 5,6 milyard dollar tələb olunur
Mütəxəssislər nüvə partlayışları vasitəsilə Yer kürəsinin asteroidlərdən mühafizə sisteminin yaradılması üçün vəsaiti açıqlayıblar. Sistem Rusiya Planetar Mühafizə Mərkəzi tərəfindən yaradılıb.
Əyləncə sistemləri təyyarənin idarə edilməsini ələ keçirir
On üç iri aviaşirkətin göyərtəsində istifadə edilən “Panasonic Avionics” multimedia sistemində boşluq hakerlərə məsafədən təyyarə üzərində nəzarəti ələ keçirməyə imkan verir. Bu barədə “The Telegraph” nəşri “IOActive” şirkətinin mütəxəssisi Ruben Santamartanın apardığı tədqiqata istinadən məlumat verib.
Ən uzun gecənin səhəri - Çox diqqətli olun
Qış saatına keçidin tətbiq edilməməsi gün işığından kifayət qədər faydalanmağa imkan vermir. Qaranlıq insan psixologiyasına mənfi təsir edir. İlin ən uzun gecəsi isə maddələr mübadiləsi baxımından mənfi hallar yaradır. Hətta insanların özünü bədbəxt hiss etməsinə də səbəb olur. Elə isə, bu mənfi hislərdən necə azad olmaq mümkündür?
Uşağa ayaqqabı seçərkən - bunlara diqqət edin
Uşağa ayaqqabı seçdikdə diqqətli olmaq lazımdır. Ortopedlərin valideynlərə məsləhətləri:
Yorğunluğun və depressiyanın QƏNİMİ
Gündə cəmi iki kivi yemək depressiyanın inkişafı riskinin azalmasına kömək edir. Üstəlik, orqanizm faydalı vitaminlərlə bəslənir. Bu da əməyin səmərəliliyini artırmağa imkan verir.
Təkcə uşaqlar yox, böyüklər də İMƏKLƏMƏLİDİR - İnanılmaz faydalar
Dünyada yeni fitnes-trend dəbə minib. Mütəxəssislər fikir veriblər ki, iməkləyən uşaqların bütün bədən əzələləri çox fəal işləyir ki, bu da əzələlərin və onurğanın möhkəmlənməsinə, qamətin, koordinasiyanın və tarazlığın yaxşılaşmasına kömək edir. Pediatrlar təsdiq edir ki, kiçik yaşlarda iməkləyən uşaqlarda iməkləməyən uşaqlarla müqayisədə onurğa sütunu problemlərinə (skolioz, lordoz, kifoz) daha az hallarda rast gəlinir.
"İstəyirdim, uşağımın atası olsun, amma..."
Müğənni və aktrisa Hülya Avşarın bacısı Helin Avşar iş adamı Serhan Boradan boşanır. 10 ay evli qalan cütlük boşanacaqlarını ayın əvvəlində elan etmişdi. Cütlüyün məhkəməsi dekabrın 26-da keçiriləcək. H.Avşar: "İkinci şans verdik, amma olmadı. O, başqa tərəfə baxırdı, mən başqa... İstəyirdim, uşağımın atası olsun, amma qismət deyilmiş", - deyib. Axşam.az
Türkiyənin ən yaraşıqlı kişisi həyat yoldaşı haqqında nələr dedi?
Türkiyədə "İlin adamı" seçilən Tatlıtuğ "GQ" jurnalına müsahibə verib. Aktyor milyonlarla pərəstişkarının düşüncəsinin əksinə olaraq mükəmməl adam olmadığını bildirib: "Mükəmməl və ideal olmaq istəyi insanı bədbəxt edir. Mən səhv edən və onlardan dərs almağı bacaran adamam".
Baş ağrısını azaldan QEYRİ-ADİ ÜSUL - Siz də sınayın!
Baş ağrılarından xilas olunmaq üçün insanlar müxtəlif vasitələrdən istifadə edir - ağrıkəsici həblər, xalq təbabəti vasitələri, massaj və s.
Gözəl və baxımlı görünmək üçün 7 UCUZ VƏ EFFEKTLİ VASİTƏ
Gözəllik qurban tələb edir. Bu ifadəni dedikdə biz əsasən maddi "qurban" nəzərdə tuturuq. Lakin hal-hazırda bir çoxlarımız qənaət etməyə məcburuq. Belə vəziyyətdə ucuz və eyni zamanda effektli kosmetik vasitələrə üz tutmalıyıq. Sizə 7 belə vasitəni təqdim edirik.
Daha bir serialda baş qəhrəmanlar məhkəməlik oldu
"Hangimiz Sevmedik" serialının baş qəhrəmanları Selen Soyder və Can Yaman arasındakı dava məhkəməlik olub. Çəkilişdə mübahisə edərək bir-birinə stəkan atan tərəflər məhkəmədə üz-üzə gələcəklər. Davadan sonra çəkiliş meydançasına mühafizəçilərlə gələn S.Soyderin təmsil olunduğu agentlik bu barədə açıqlama yayıb. Agentlik C.Yamanı kobud davranışda ittiham edib:
Sumqayıtda vaqon ev yanıb
Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan vaqon tipli evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
“Valensiya"nın futbolçusu sərxoş olub baş məşqçini söydü
"Valensiya"nın 27 yaşlı yarımmüdafiəçisi Dani Parejonun bir gecə klubunda sərxoş halda videosu yayılıb. İspan futbolçunun fanatı tərəfindən çəkilən videoda Dani Parejo komandasının baş məşqçisi Prandelliyə " .... get "Valensiya"dan" ifadələrini işlədib. Ertəsi gün isə yarımmüdafiəçi Prandelli və komanda yoldaşlarından üzür istəyib:
Tovuz sakinindən saxta əskinaz götürülüb
Dekabrın 18-də Tovuz rayon sakini Mehriban Quliyevaya 1 ədəd 100 manatlıq saxta əskinas verməkdə şübhəli bilinən həmyerlisi Namiq Bayramov tutulub. DİN-dən verilən məlumata görə,Tovuz RPŞ əməkdaşları tərəfindən N.Bayramovun üzərinə baxış zamanı 2 ədəd 100 manatlıq saxta əskinas götürülüb.
Bıçaqla qətl törədən Tərtər sakini tutulub
Dekabrın 19-da Tərtər rayonunda rayon sakini Qaraxan Tanrıverdiyev qətlə yetirilib. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Tanrıverdiyevi bıçaqla qətlə yetirməkdə şübhəli bilinən həmyerlisi Vüqar Hüseynov tutulub.














