Daha bir serialda baş qəhrəmanlar məhkəməlik oldu
"Hangimiz Sevmedik" serialının baş qəhrəmanları Selen Soyder və Can Yaman arasındakı dava məhkəməlik olub. Çəkilişdə mübahisə edərək bir-birinə stəkan atan tərəflər məhkəmədə üz-üzə gələcəklər. Davadan sonra çəkiliş meydançasına mühafizəçilərlə gələn S.Soyderin təmsil olunduğu agentlik bu barədə açıqlama yayıb. Agentlik C.Yamanı kobud davranışda ittiham edib:
21 Dekabr 2016 19:05 Dünya"Hangimiz Sevmedik" serialının baş qəhrəmanları Selen Soyder və Can Yaman arasındakı dava məhkəməlik olub. Çəkilişdə mübahisə edərək bir-birinə stəkan atan tərəflər məhkəmədə üz-üzə gələcəklər. Davadan sonra çəkiliş meydançasına mühafizəçilərlə gələn S.Soyderin təmsil olunduğu agentlik bu barədə açıqlama yayıb. Agentlik C.Yamanı kobud davranışda ittiham edib:
"Bütün yaradıcı heyətin şahid olduğu bu uyğunsuz davranışlar aktrisamız Selen Soyderi də hədəf alıb. Ona görə də biz məhkəməyə müraciət etdik".
Qeyd edək ki, bundan əvvəl "Paramparça" serialının baş rol ifaçıları Nurgül Yeşilçay və Erkan Petekkaya da məhkəmədə üz-üzə gəlmişdilər. Axşam.az