Gündəm

Ombudsmanın əməkdaşları DTX-nin istintaq təcridxanasında olublar

22 Dekabr 2016 11:21

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub. Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılmış, bu məqsədlə həmin müəssisənin yeməkxanası və kameralarına baxış keçirilmiş, habelə tibbi yardım, gəzinti, telefon danışığı, hüquqi yardım və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb.

“İran prezidentinin Ermənistana səfəri başa düşülən deyil” 

22 Dekabr 2016 11:18

“İran prezidentinin Ermənistana səfəri müsəlmançılığa ziddir. Çünki, Serj Sarkisyanın əli müsəlman qanına batıb”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

“Samsung Galaxy S8” smartfonu “iPhone 8”-dən baha ola bilər

21 Dekabr 2016 20:15

“Goldman Sachs” investisiya bankının ekspertləri “Samsung” şirkətinin növbəti qabaqcıl “Galaxy S8” smartfon modelinin nəzərdə tutulan komponent hissələrinin qiymətini təhlil edərək onun “iPhone 8” qurğusundan daha baha olacağı qənaətinə gəliblər. Onların fikrincə, smartfon hazırda aktual olan “Galaxy S7” modelindən 15-20 faiz baha olacaq.