Ombudsmanın əməkdaşları DTX-nin istintaq təcridxanasında olublar

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub. Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılmış, bu məqsədlə həmin müəssisənin yeməkxanası və kameralarına baxış keçirilmiş, habelə tibbi yardım, gəzinti, telefon danışığı, hüquqi yardım və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb.

İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub. Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, ərzaq təminatı araşdırılmış, bu məqsədlə həmin müəssisənin yeməkxanası və kameralarına baxış keçirilmiş, habelə tibbi yardım, gəzinti, telefon danışığı, hüquqi yardım və digər hüquqlarının təminatı vəziyyəti araşdırılıb. Rəftar məsələlərinin araşdırılması ilə bağlı saxlanılan şəxslərlə təkbətəkqaydada görüş keçirilib, müraciətləri dinlənilib, hər birininə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib. Ombudsmanın səlahiyyətləri və qanunvericiliyin tələbləri izah olunub.Qəbul edilmiş şəxslər Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının əməkdaşlarının onlarla rəftarından və müəssisədə saxlanılma şəraitindən şikayət etməmiş, keyfiyyətli qida, gəzinti və tibbi xidmətdən razılıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31