Gündəm

Yeni ekzoplanet tapıldı

22 Dekabr 2016 11:52

Astronom yeni kəşf etdiyi ekzoplanetə Proxima b adını verib. "Nature" elmi jurnalının 2016-cı il Top-10 alimlər siyahısına daxil olmuş ispaniyalı Gillem Anqlada-Eskude yeni ekzoplanet kəşf edib.

Səfirin qatilinin evindən tapılan qeydlər: "Amerika və Rusiyanın sonu yaxınlaşır"

22 Dekabr 2016 11:50

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu öldürən qatil Mert Altıntaşın evindən ərəb dilli yazarın kitabı və kağıza yazılan qeyd tapılıb. Tapılan qeyddə yazılıb:

Mübariz Qurbanlı: "Ağıllı adamı yoldan çıxarmaq mümkün deyil"

22 Dekabr 2016 11:49

Orta məktəblərimizin "Tarix" və "Həyat bilgisi" dərsliklərində dinlə bağlı məlumatlar var. Amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hesab edir ki, bu, yetərli deyil". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Rusiya qətlə yetirilən səfirlə vidalaşır

22 Dekabr 2016 11:47

Bu gün Ankarada qətlə yetirilən səfir Andrey Karlovla vida mərasimi keçiriləcək.  Rusiya prezidenti Vladimir Putinin vida mərasiminə qatılacağı gözlənilir.

Hadisədən gözlənilən açıqlama gəldi

22 Dekabr 2016 11:46

Türkiyənin məşhur müğənnisi Hadise ötən gün adı eşq dedi-qodularında hallanan Hakan Sabancıilə birlikdə görüntülənib.

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

22 Dekabr 2016 11:44

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 396-VQD nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

"Qarabağda müharibə qaçılmazdır"

22 Dekabr 2016 11:41

Cənubi Qafqaz məsələləri üzrə rusiyalı ekspert Andrey Yepifantsev Dağlıq Qarabağda yeni müharibənin qaçılmaz olduğunu bəyan edib. Bu barədə ekspert "Azadlıq Radiosu"nun Rusiya bölməsinə açıqlamasında bildirib. 

Yenidən ruh göründü - Bu dəfə bələdiyyə binasında - VİDEO

22 Dekabr 2016 11:38

Ruhlarla bağlı indi də müxtəlif fikirlər səslənməkdədir. Lakin bu videodakı görüntülər çoxlarının şübhələrinə son qoya bilər.

Nigeriyada yol qəzası:12 məktəbli öldü, 19-u yaralandı

22 Dekabr 2016 11:35

Nigeriyada yol qəzası nəticəsində 12 məktəbli ölüb, 19-u xəsarət alıb. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, insident dünən Qombe ştatında qeydə olunub. İlkin məlumata əsasən, yüksək sürətlə hərəkət edən yük maşını məktəblilərin iştirak etdiyi dini izdihama çırpılıb. Şahidlərin verdiyi xəbərə görə, bundan qəzəblənən kütlə sürücünü öldürüb, maşınını isə yandırıb. Hadisə ilə əlaqədar araşdırma aparılır. 

Ərdoğan açıqladı: “Səfiri öldürən şəxs FETÖ-nun üzvü olub”

22 Dekabr 2016 11:33

İstintaq Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatilinin  Fəthullah Gülənin təşkilatı ilə əlaqəli olduğunu müəyyən edib. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada mətbuat konfransında bəyan edib.

Putin öldürülən səfirin yanında mühafizəçinin olmamasının səbəbini açıqlayıb

22 Dekabr 2016 11:30

Rusiya prezidenti Vladimir Putin Ankarada öldürülən səfir Andrey Karlovun yanında mühafizəçinin olmamasının səbəbini açıqlayıb. Məlumata  görə, V. Putin bu məsələdə Türkiyə tərəfini günahlandırmayıb: “Ümumi qaydalar var. Səfirliyin silahlı mühafizə əməkdaşları  ancaq səfirlik ərazisində çalışır. Burda söhbət Türkiyədən getmir. Bir çox ölkədə belədir.

Hələbin şərqindən 30 min insan təxliyyə edilib

22 Dekabr 2016 11:28

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Hələbin şərqindən 30 min insanı təxliyyə edib.  BQXK prezidenti Peter Mauer deyib ki, şərqi Hələbi tərk etmək istəyən hələ də çoxlu sayda insan qalıb. Buna görə də təxliyə işləri bir neçə gün davam edə bilər: “Biz bu əməliyyatı sona qədər davam etdirəcəyik. Biz digər yerlərdən təxliyyə olunan insanlara da kömək etməyə hazırıq”.

Dünyanın ən təhlükəli şəhərində 5 nəfər güllələnərək öldürülüb

22 Dekabr 2016 11:26

Hondurasın San-Pedro-Sula şəhərində 5 nəfər qətlə yetirilib. Naməlum silahlılar şəhərin mərkəzində bir qrup insana avtomat silahdan atəş açıb.

İnstitut direktoru: "Bakının əhalisi 2035-ci ildə 4 mln. nəfərə çatacaq"

22 Dekabr 2016 11:23

"Bakı şəhərinin bütün inzibati ərazisini, yəni onun 11 rayonunu və ətraf 55 qəsəbəsini əhatə edən baş planı ilk dəfə hazırlanır".

Hücumdan Müdafiə Qoşunlarında yoxlamalar davam edir

22 Dekabr 2016 11:24

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar axtarış-xilasetmə əməliyyatları davam etdirilir. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları əsasən estakadanın uçub dənizə töküldüyü yerdə təmizlənmə işində yaxından iştirak edirlər.